Azərbaycan bankından ölkədə bir ilk - sahibkarlar hesabı üztanıma ilə açırlar

Azərbaycan bankından ölkədə bir ilk - sahibkarlar hesabı üztanıma ilə açırlarHüquqi şəxs və fərdi sahibkarların istifadəsində olan Birbank Biznes-də qeydiyyat prosesi asanlaşdırılıb.
Marja xəbər verir ki, ölkədə ilk dəfə olaraq fərdi sahibkarlar biznes hesab açmaq üçün yeni "Üz identifikasiyası vasitəsilə qeydiyyat" funksiyasından yararlana bilərlər.
Bu yenilik sayəsində Birbank Biznes-də hesab açmaq üçün şəxsiyyət vəsiqəsinə ehtiyac olmadan şəxsi və şirkət haqqında ilkin məlumatları doldurmaq, "Asan İmza" ilə müqavilə və özünü qiymətləndirmə anketini təsdiqləyərək qeydiyyatı video üz tanıma ilə tamamlamaq kifayətdir. Bütün proses ortalama 3 dəqiqə vaxt aparır və biznes sahiblərinə filiala yaxınlaşmadan daha sürətli şəkildə Birbank Biznes-də qeydiyyatdan keçməyə, vaxta qənaət etməyə imkan verir.
Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:
- Biznes bank hesablarının açılması
- Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr
- Nağdsız ödənişlər 
- Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
-POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
- Cari və kart hesabından QR-nağdlaşdırma
-Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması
-Biznes krediti və bank qarantiyaları
- Mobil POS, e-ticarət və "Kliklə ödə" xidmətləri
- Özəl tarif paketləri və s.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.
Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Azərbaycan bankından ölkədə bir ilk - sahibkarlar hesabı üztanıma ilə açırlar/ marja.az

Banklar     Tarix: 30 oktyabr 2023

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi birbank biznes krediti