Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub
"Visa" beynəlxalq kart təşkilatı ilə əldə olunmuş razılıq çərçivəsində Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub.
Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, Assosiasiya və "Visa"nın birgə təşəbbüsü çərçivəsində ikiqat vergitutmanı aradan qaldırmaq mexanizmi bankların və ödəniş xidməti təchizatçılarının vergi öhdəliklərinə müsbət təsir edib. Azadolma nəticəsində 2025-ci ilin IV rübündən bankların "Visa" ilə apardığı əməliyyatlar üzrə ödəmə mənbəyindən tutulan vergi yükü aradan qaldırılıb. Eyni zamanda, "Visa" ilə həyata keçirilən qeyri-maliyyə xarakterli əməliyyatlar üzrə əlavə dəyər vergisi xərcləri azalıb.
"Bunun nəticəsində bank sektorunda növbəti dövrlər üzrə ümumilikdə bir neçə milyon manat vergi xərclərinə qənaət edilməsi təmin olunub", – deyə açıqlamada qeyd olunub.
ABA-nın məlumatına görə, sözügedən mexanizm ödəniş xidməti təchizatçıları üçün də vergi baxımından hüquqi aydınlığı artırır və riskləri azaldır: "Belə ki, mexanizm çərçivəsində DTA-03 formasının əldə edilməsi xidmət göstərən tərəfin müvafiq ölkədə vergi rezidenti statusunu təsdiq edir və ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlərin tətbiqi üçün hüquqi əsas yaradır. Bu isə ödənişlər üzrə mənbədə verginin düzgün dərəcə ilə tutulmasına və ya ümumiyyətlə tutulmamasına imkan verir".
Assosiasiya həmçinin bəyan edib ki, bu yanaşma əlavə vergi hesablamaları, sanksiya və cərimə risklərini əhəmiyyətli dərəcədə azaldır, eyni zamanda ödəniş xidməti təchizatçıları üçün vergi öhdəliklərinin daha şəffaf və proqnozlaşdırılan şəkildə icrasını təmin edir. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?