"Azərbaycan Biznesinin İnkişafı Fondu" güzəştli kreditləşməni 66 %-dən çox artırıb
2025-ci ildə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC ümumi dəyəri 888,2 milyon manat olan 6 210 investisiya layihəsinə 412,5 milyon manat güzəştli kredit verib.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir.
Sənədə əsasən, 2024-cü illə müqayisədə investisiya layihələrinin sayı 8,5 %, güzəştli kreditlərin məbləği isə 66,2 % artıb.
Ötən il verilmiş kreditlərin hesabına 5 662 yeni iş yerinin açılması imkanı yaranıb.
Güzəştli kreditlərin 38,5 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 61,5 %-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı (o cümlədən kənd təsərrüfatı məhsullarının emalı) və digər sahələrin inkişafına yönəldilib, 76,4 %-i regionların, 23,6 %-i Bakı şəhəri və ətraf qəsəbələrin payına düşüb.
İl ərzində "Azərbaycan Biznesinin İnkişafı Fondu"nun investisiya portfelində mövcud olan 27 layihənin nizamnamə kapitalına yatırdığı investisiyalar nəticəsində Azərbaycan iqtisadiyyatına ümumilikdə 20 milyard manat investisiya qoyulub.
İndiyə qədər Fondla 14 beynəlxalq tərəfdaş arasında mövcud olan əməkdaşlıq çərçivəsində 388 milyon manat birbaşa xarici investisiya və 262 milyon manat xarici kredit cəlb olunub.
Ötən il Fond paylı investisiya qoyuluşları üzrə ümumilikdə 3 yeni layihə təsdiq edib.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
SWIFT nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Evdə biznes qurmağın yolları