"Azərbaycan Dövlət İqtisad Universiteti" və "AFB Bank" arasında "Əməkdaşlıq Memorandumu" imzalanıb
®"Təcrübə Proqramı"na dair "Əməkdaşlıq Memorandumu"nu "AFB Bank"ASC–nin İnzibati İdarəetmə strukturunun rəhbəri Hafiz İbrahimov və "Azərbaycan Dövlət İqtisad Universiteti"nin Rəqəmsallaşma üzrə prorektoru Raqif Qasımov imzalayıb.
Proqramın təşkil edilməsində əsas məqsəd tələbələrin real iş mühitində bacarıqlarının təkmilləşdirilməsinə və onların peşəkar bank işçisi kimi yetişməsinə dəstək olmaqdır. Memoranduma əsasən "Təcrübə Proqramı"nda universitetin son kurs bakalavr və magistr tələbələri iştirak edə biləcəklər.
"Təcrübə Proqramı"nın uğurlu və daha effektiv olması üçün keyfiyyətli təhsili təmin etməyi bacarmış, savadlı və inkişafa meyilli gənclər yetişdirə bilən ali təhsil ocaqları Bankımız üçün hər zaman prioritet təşkil edir.
Bu məqsədlə "AFB Bank" yüksək peşəkarlığına, təhsil səviyyəsinə güvəndiyi və yüksək qiymətləndirdiyi "Azərbaycan Dövlət İqtisad Universiteti" ilə əməkdaşlıq etmək qərarına gəlmişdir.
Qeyd edək ki, "AFB Bank" daha öncə də bir sıra ali məktəblərlə "Təcrübə proqramı"na dair əməkdaşlıq memorandumu imzalamışdır.
Bank ixtisaslı kadr hazırlığını təmin etmək və ikitərəfli münasibətləri möhkəmləndirmək məqsədilə gələcəkdə digər ali təhsil ocaqları ilə də əməkdaşlıq münasibətləri qurmağı planlaşdırır.

/ banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Green Card nədir və onu necə əldə etmək olar?
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Cash Back nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız