Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasından Macrona etiraz - AÇIQ MƏKTUB

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasından Macrona etiraz - AÇIQ MƏKTUBAzərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) Fransa Prezidenti Emanuel Macrona açıq məktub yazaraq, Prezidentin 12 oktyabr tarixində "Fransa 2" kanalında yayımlanan müsahibəsi zamanı verdiyi bəyanatlarla bağlı narahatçılığını bildirib.
FED.az xəbər verir ki, Məktubda deyilir:
Biz, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan və Fransa şirkətlərini təmsil edən və müstəqil qeyri-hökumət təşkilatı olan Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) adından yazıb müraciət edərək, 12 oktyabr tarixində "Fransa 2" kanalında yayımlanan müsahibəniz zamanı verdiyiniz bəyanatlarla bağlı Sizə narahatçılığımızı bildiririk.
Qarabağ münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı reallığı düzgün əks etdirməyən fikirləriniz bizi təəccübləndirib məyus etdi.
Müsahibə zamanı bunu qeyd etməsəniz də, Sizə çox yaxşı məlumdur ki, Fransanın da lehinə səs verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrin (822, 853, 874 və 884 nömrəli qətnamələr) müəyyən etdiyi kimi, keçmiş Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon 30 ildir yaxın müddət ərzində Ermənistanın işğalı altında olub. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını geri çəkməsi və evindən didərgin düşmüş yüz minlərlə azərbaycanlının evinə qayıtmasına imkan verməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının birmənalı çağırışlarına baxmayaraq, Ermənistan beynəlxalq hüquqa məhəl qoymamış və işğalı davam etmişdir. Fransa sözügedən qətnamələrin lehinə səs verib və bu əraziləri Azərbaycanın bir hissəsi kimi tanıyıb. Hətta bu gün də erməni silahlı qüvvələri Qarabağ bölgəsində qalaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən üzərinə götürdüyü öhdəliklərindən yerinə yetirməkdən boyu qaçırır və regionda sülh prosesinə əsas maneə kimi çıxış edir.
Dinc əhali arasında itkilərdən bəhs edərkən isə təəssüf ki, Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı törətdiyi hücumları qeyd etməkdən yayındınız. Bu hücumlarda 13-ü uşaq olmaqla (o cümlədən 10 aylıq bir körpə) 100-dən çox mülki şəxs olan azərbaycanlı həlak olmuşdur.
Cənab Prezident, dediyimiz hər bir sözün öz təsiri, qüvvəsi var və bu mühüm məsələ ilə bağlı verdiyiniz bəyanatlar yalnız Avropada deyil, eləcə də Azərbaycanda yaxından izlənilir. Siz oktyabrın 6-da Praqada keçirilən görüşün iştirakçısı olmusunuz və həm Baş nazir Paşinyan, həm də Prezident Əliyevin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərinin şahidi oldunuz ki, bu sənəd vasitəsilə hər ikisi bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. 
Lakin, Siz və digər fransız siyasətçilər tərəfindən hadisələrin birtərəfli təsviri Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə və uzunmüddətli sülhün bərqərar olmasına ciddi zərər vurur. İki ölkə sülh sazişi imzalamağa bu qədər yaxın ikən bu kimi hərəkətlər proseslərə xüsusilə zərər verir.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası olaraq, biz bütün səmimiyyətimizlə Fransa hökumətini Avropa Birliyi tərəfindən hər iki ölkənin ərazi bütövlüyünü təsdiqləyən Azərbaycan və Ermənistan arasında aparılan sülh sazişi danışıqlarında fəal və pozitiv mövqe tutmağa çağırır və buna ümid edirik. Bu addım Fransa və Azərbaycan arasındakı ikitərəfli münasibətləri yaxşılaşdıraraq Fransanın regionda rolu ilə bağlı ictimai rəyə müsbət təsir edəcək. 
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycan və Fransa arasındakı əlaqələrin yaxşılaşdırılmasına töhfə verməyə daim hazırdır. Bu məqsədlə, sizi fransız bizneslərinin və Azərbaycanda yaşayan fransız icmasının mövqeyini eşitmək üçün Sizin üzvlərimiz ilə onlayn görüşünü təşkil etməkdən məmnunluq duyarıq. 
AFchamber 50-dən çox Fransa, Avropa və Azərbaycan şirkətinin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır. AFchamber-in əsas məqsədi Azərbaycan və Fransa arasında qarşılıqlı iqtisadi və dostluq əlaqələrini inkişaf etdirməkdir. Missiyası isə iki ölkə arasında əməkdaşlığı, davamlı sosial dialoqu və iqtisadi və investisiya əlaqələrinin sistemli və davamlı şəkildə genişləndirilməsini dəstəkləmək və təşviq etməkdir. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir və üzvü deyil. 
Hörmətlə,
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 
AFchamber

Biznes     Tarix: 20 oktyabr 2022

Oxşar xəbərlər

"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC (VÖEN: 290107511) təşkilatı hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib. "Azərsu

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı


iqtisadi xeberler biznes krediti rubl mezenne online pul qazanmaq biznes qurmaq