"Azərbaycan hökuməti maliyyə amnistiyası ilə bağlı addımlar atacaq" -Mərkəzi Bankın sədri
Banklarda 5 milyard manata yaxın sərbəst vəsaitlər var. Yalnız kredit faizlərin azaldılması ilə məsələ həll olunmayacaq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Taleh Kazımov bildirib ki, maliyyə sektoru olaraq amnistiyaya müsbət baxırlar: "Bu gün ölkədə nağd olaraq 14 milyard manat var. Bu, kifayət qədər böyük vəsaitdir, tərəfdaş, qonşu ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Hazırda hökumət tərəfindən maliyyə amnistiyası üçün kifayət qədər geniş araşdırmalar aparılır və buna uyğun olaraq hökumət maliyyə amnistiyası ilə bağlı addımlar atacaq. Sözsüz ki, maliyyə sektoru və Mərkəzi Bank olaraq amnistiyaya müsbət baxırıq".
© APA / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
1000 manatla hansı biznesi qurmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Necə Bitcoin almaq olar?
"Freelance" nədir?