Azərbaycan iqtisadiyyatı kiçilib - 1 FAZİƏ YAXIN AZALMA

Azərbaycan iqtisadiyyatı kiçilib - 1 FAZİƏ YAXIN AZALMADövlət Statistika Komitəsi 2025-ci ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar ayında ölkədə 9 milyard 430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artmışdır.
ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olmuşdur.
2025-ci ilin yanvar ayında sənaye istehsalı
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar ayında 5,5 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artmışdır.
Sənaye məhsulunun 61,0 faizi mədənçıxarma sektorunda, 31,9 faizi emal sektorunda, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 47,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 35,9 faiz, neft məhsullarının istehsalı 26,7 faiz, hazır metal məmulatlarının istehsalı 26,2 faiz, içkilərin istehsalı 26,0 faiz, qida məhsullarının istehsalı 24,7 faiz, elektrik avadanlıqlarının istehsalı 20,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,2 faiz, tikinti materiallarının istehsalı 2,2 faiz artmış, kompüter, elektron və optik məhsulların istehsalı 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 4,2 faiz, mebel istehsalı 7,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 20,7 faiz, əczaçılıq məhsullarının istehsalı 30,2 faiz, tütün məmulatlarının istehsalı 35,5 faiz, kağız və karton istehsalı 36,7 faiz, geyim istehsalı 43,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 51,5 faiz, maşın və avadanlıqların istehsalı 52,6 faiz, sair sənaye məhsullarının istehsalı 56,1 faiz, poliqrafiya məhsullarının istehsalı isə 62,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 32,4 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş investisiyalar 
2025-ci ilin yanvar ayında əsas kapitala 787,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50,0 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 faiz az olmuşdur. İstifadə olunmuş investisiyanın 504,8 milyon manatı və ya 64,1 faizi məhsul  istehsalı  sahələrinə, 109,8 milyon  manatı (14,0 faizi) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 566,0 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. / marja.az

Maliyyə     Tarix: 13 fevral 2025

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi bitcoin bitkoin qiymeti