Azərbaycan Mərkəzi Bankın struktur böməsində dəyişiklik olub
Azərbaycan Mərkəzi Bankının strukturunda olan İnformasiya və kibertəhlükəsizlik departamentinin adı dəyişdirilib.
Banker.az xəbər verir ki, AMB İdarə Heyətinin 10 mart 2026-c il tarixli qərarı ilə orqan bundan sonra İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamenti kimi fəaliyyətini davam etdirəcək.
Departamentə Eyvazlı Elnur Yaşar oğlu əvvəlki kimi rəhbərlik edəcək.
Departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankda informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizənin təmin edilməsi, Mərkəzi Bankın nəzarət etdiyi subyektlərin bu istiqamətdə nəzarət tədbirləri ilə əhatə edilməsi, onların bu sahələrdə fəaliyyətlərinin əlaqələndirilməsi, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıq üzrə davamlılığın təmin edilməsi və risklərin vaxtında aşkarlanaraq qarşısının alınmasından ibarətdir.
Departamentin strukturunda üç şöbə – İnformasiya təhlükəsizliyi mühəndisliyi şöbəsi, Kiberhücumların simulyasiyası və tətbiq təhlükəsizliyi şöbəsi, Təhlükəsizlik əməliyyat mərkəzi şöbəsi, İnformasiya, kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi və Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq şöbəsi var.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt