Azərbaycan Novorossiyskdən 1,2 min tondan çox ərzaqlıq qarğıdalı idxal edib
Bu ilin mart ayında Azərbaycan Novorossiyskdən 16 vaqonda 1,2 min tondan çox ərzaqlıq qarğıdalı idxal edib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verilir.
Məlumata görə, "Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi" Federal Dövlət Büdcə İdarəsinin yerli filialının Karantin-Fitosanitar Dezinfeksiyası və Baytarlıq-Sanitariya Müalicəsi şöbəsinin mütəxəssisləri tərəfindən ilk dəfə Azərbaycana idxal olunan məhsullar emal edilib.
Belə ki, qarğıdalının emalı üçün alüminium fosfidə əsaslanan preparatdan istifadə edilib, hava nəminin təsiri altında ondan ayrılan fosfin qazı zərərvericiləri inkişafının bütün mərhələlərində məhv edir.
Qaz məhsullar tərəfindən zəif sorulur və tövsiyə olunan standartlara və dezinfeksiya rejimlərinə əməl olunarsa, emal olunan məhsulların keyfiyyətini aşağı salmır.
Xatırladaq ki, Novorossiysk filialının Karantin-Fitosanitar Dezinfeksiyası və Baytarlıq-Sanitariya Müalicəsi şöbəsi 2023-cü ilin avqustunda fəaliyyətə başlayıb.
Şöbənin fəaliyyəti dövründə ixraca göndərilmiş 7 milyon tondan çox tənzimlənən məhsul alüminium fosfid əsaslı preparatlarla emal edilib (bunun 5 milyon tonu - 2024-cü ildə).
Report

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?