"Azərbaycan ötən il Bolqarıstana 2 milyard kubmetr qaz tədarük edib"
2024-cü ildə Azərbaycanın Bolqarıstana təbii qaz tədarükü 2 milyard kubmetr təşkil edib.
Bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yerli NOVA TV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Azəbaycan Bolqarıstandakı enerji böhranından sonra bu ölkənin tələbi ilə "mavi yanacaq" tədarükünü artırmağa başlayıb.
"Bolqarıstana qaz tədarükünü əvvəlcə 1 milyard kubmetrdən 1,2 milyard kubmetrə, daha sonra 1,5 milyard kubmetrə, ötən ilin sonunda isə 2 milyard kubmetrə çatdırdıq. Bu isə o deməkdir ki, hazırda Bolqarıstanın təbii qaza olan tələbatının böyük hissəsini ödəyirik", - deyə səfir vurğulayıb.
H.Hüseynov Azərbaycanın Avropa İttifaqının (Aİ) qazla təchizatındakı rolundan da danışıb: "Aİ bizi etibarlı tərəfdaş olaraq görür. Biz etibarlı tərəfdaş olduğumuzu təsdiqləmişik. 2022-ci ildə Azərbaycanla Aİ arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Əvvəllər Cənub Qaz Dəhlizi vasitəsilə ildə 10 milyard kubmetr qazın Avropa bazarına tədarük edilməsi nəzərdə tutulurdu, amma Avropada baş verən hadisələr nəzərə alınaraq qaz tədarüklərini artırdıq və ötən ilin sonunda 13 milyard kubmetrə çatdırdıq. Artıq 12 Avropa ölkəsinə qaz satırıq".
Diplomatın sözlərinə görə, Azərbaycan Bolqarıstanı qaz tranziti üçün çox önəmli bir ölkə kimi qəbul edir.
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Layihə menecmenti nədir?
Dünyanın ən zəngin idmançıları
SWIFT nədir?
Marketinq nə demədir?