Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
Oktyabrın 9-da, saat 18:00-da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq bankın Daşkənd şəhəri, Yakkasaray rayonu, Mükimi küçəsi, 7/3 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Davr Bank"ın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, bankın korporativ adının dəyişdirilməsi, Müşahidə Şurasının (MŞ) tamamilə, İdarə Heyətinin (İH) isə qismən yenidən formalaşdırılması, kredit təşkilatının dividend siyasətinin yenilənməsi, daxili sənədlərinin yeni redaksiyada təsdiq olunması, Ümumi Yığıncaq, MŞ və İH haqqında əsasnamələrin və mövcud Nizamnaməyə əsasən Ümumi Yığıncağın səlahiyyətlərinə aid digər sənədlərin müzakirə edilməsi, MŞ-nın müstəqil üzvlərinin mükafatlandırılması və kompensasiyaların müəyyən edilməsi, Audit (Təftiş) komissiyasının yaradılması, məcburi auditin aparılması üçün audit təşkilatının müəyyən edilməsi daxildir.
Xatırladaq ki, "Davr Bank" Özbəkistan Mərkəzi Bankının 29 sentyabr 2001-ci il tarixli lisenziyası ilə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 500 milyard somdur (təxminən 72 milyon manat).
ABB Özbəkistan bazarındakı strateji genişlənmə planının tərkib hissəsi olaraq 100 milyon ABŞ dollarından çox vəsait qoyaraq "Davr Bank"a nəzarəti ələ keçirib. Azərbaycan bankı bu ölkədə "ABB Davr Bank" brendi altında fəaliyyət göstərəcək.
© Report

Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir
Dünya Bankı: Azərbaycan Orta Dəhlizin 3,2 milyard dollarlıq layihələrində iştirak edir
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN
Dünya Bankı Orta Dəhlizin Azərbaycana faydasını 1,3 milyard dollar ÜDM artımı ilə qiymətləndirib
Qazaxıstan dollar depozitləri üzrə maksimal faizi qaldırır
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib
Macarıstanın ən böyük bankı Rusiyadan çıxmağı nəzərdən keçirir
"Sizin Lombard"- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dropshipping nədir?
Dünyanın ən varlı 10 adamı
SWIFT nədir?