Azərbaycan-Qətər Birgə Biznes Şurası yaradılıb - FOTOLAR
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qətərin Ticarət və Sənaye Palatası ilə Azərbaycan-Qətər Birgə Biznes Şurasının yaradılması haqqında Saziş imzalayıb.
FED.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, sənədi Qətərdə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın İdarə Heyətinin üzvü Əli Bin Əbdüllətif Əl Mesned imzalayıblar.
Biznes Şurası iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının ümumi vəziyyətinin, gələcək istiqamətlərinin müzakirə ediləcəyi, sahibkarlar arasında əlaqələrin təşviq olunacağı platforma olacaq. Şura ticarət-iqtisadi əlaqələrin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüslərini dəstəkləyəcək, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əlaqələrin qurulmasına kömək edicək, sahibkarların qarşılıqlı səfərlərini, görüşlərini, birgə seminarlar və dəyirmi masalar təşkil edəcək, iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaq kommersiya, ticarət, iqtisadi, elmi, texnoloji və digər məlumatların mübadiləsini həyata keçiriləcək, birgə müəssisələrin və digər qarşılıqlı əməkdaşlıq formalarının yaradılmasına və fəaliyyətinə dəstək verəcək.

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?