Azərbaycan Sənaye Bankı kiçilməkdə davam edib - 100 MİLYON MANATA YAXIN "ƏRİMƏ"

Azərbaycan Sənaye Bankı kiçilməkdə davam edib - 100 MİLYON MANATA YAXIN ASB (Azərbaycan Sənaye Bankı) kiçilməkdə davam edib.
Marja.az xəbər verir ki, ASB-nin cəmi aktivləri 2022-ci ilin 3-cü rübündə (iyul-sentyabr dövründə) 23 milyon 820 min manat və ya 3,2% azalaraq 30 Senatyabr 2022-ci il tarixində 714 milyon 112 min manat təşkil edib. 30 İyun 2022-ci il tarixində Bankın cəmi aktivləri 737 milyon 933 min manat təşkil etmişdi. 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
O cümlədən, cari ilin 3-cü rübündə ASB-nin kredit portfeli (müştərilərə verilən kreditlər) 7 milyon 105 min manat və ya 2,8% azalaraq 249 milyon 342 min manata, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 17 milyon 132 min manat və ya 4,4% azalaraq 367 milyon 765 min manata geriləyib. Qeyd edək ki, ASB-nin digər banklarda yerləşdirdiyi depozitlərdən faiz gəlirləri Bankın əməliyyat gəlirlərinin xeyli hissəsini formalaşdırır. ASB-nin digər abnklardakı depozitlərinin məbləği kredit portfelindən çoxdur.
2021-ci ilin sonu ilə müqayisədə (cari ilin 9 ayında) ASB-nin cəmi aktivləri 98 milyon 449 min manat və ya 12,1% azalıb. Ötən ilin sonunda ASB-nin cəmi aktivləri 812 milyon 561 min manat təşkil etmişdi. O cümlədən, 9 ay ərzində ASB-nin banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 99 milyon 530 min manat və ya 21,3% azalıb. Müştərilərə verilmiş cəmi kreditlər isə ötən ilin sonu ilə müqayisədə 5 milyon 749 min manat və ya 2,3% çoxdur. 31 Deakbr 2021-ci il tarixində ASB-nin banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri 467 milyon 295 min manat, kredit portfeli 243 milyon 593 min manat təşkil etmişdi.
2021-ci ilin 3-cü rübünün sonunda ASC-nin cəmi aktivləri 866 milyon 646 min manat olmuşdu. Son 12 hesabat ayında Bankın cəmi aktivləri 152 milyon 533 min manat azalıb.
DEPOZİT PORTFELİ KİÇİLİB
ASB-nin depozit portfeli 2022-ci ilin 9 ayı ərzində (ötən ilin sonu ilə müqayisədə) 75 milyon 819 min manat və ya 14,7%, 3-cü rübdə isə (iyul-sentyabr) 17 milyon 904 min manat və ya 3,9% azalaraq 438 milyon 563 min manata geriləyib. ASB-nin depozit portfeli ötən ilin sonunda 514 milyon 382 min manat, 2022-ci ilin 1-ci yarısının sonunda isə 456 milyon 468 min manat təşkil etmişdi.
Balans hesabatına görə, ASB (Azərbaycan Sənaye Bankı) 2022-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 4 milyon 338 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 716 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ASB-nin xalis mənfəəti 2,5 dəfə artıb. Qeyd edək ki, ASB-nin saytında mənfəət və zərər hesabatının düzgün versiyası yerləşdirilmədiyi üçün Bankın gəlirləri və xərcləri barədə məlumatları təqdim edə bilmirik.
Qeyd edək ki, ASB-nin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 2,3 dəfə azalaraq 2 milyon 228 min manat təşkil etmişdi.
ASB-nin səhmdarları "Anadolu İnvestment Kompani" MMC (98,4252%),  "Azərbaycan Sənaye Lizinq" MMC (0.5748%) və  Leyla Gozal-dır (1,00%).
Azərbaycan Sənaye Bankı kiçilməkdə davam edib - 100 MİLYON MANATA YAXIN

Banklar     Tarix: 18 oktyabr 2022

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit


iqtisadi xeberler kripto dollar mezenne biznes qurmaq en son xeberler