"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı
"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Banker.az xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətinin sədri vəzifəsinə gətirilib. Bankın İdarə Heyətinin digər üzvləri Uğur Vaqif oğlu Mahmudov və Anar Həsənalı oğlu Məmmədovdur.
Banker.az sentyabrın 1-də "Azərbaycan Sənaye Bankı"nın İdarə Heyətinin sədri Kənan Əzizağa oğlu Orucovun vəzifəsindən ayrılacağını bildirmişdi. Orucov 2016-cı ildən bankda çalışırdı, 2018-ci ilin dekabrından İdarə Heyəti sədrinin müavini, 29 iyun 2020-ci ildən isə İdarə Heyətinin sədri idi.
Həmin dövrdə İdarə Heyətinin üzvü İlker Hepçorman da bankdan ayrılmışdı. O, 2024-cü ilin avqustunda İdarə Heyətinə üzv seçilmiş, 2026-cı ilin iyulunda isə "Millikart" MMC-nin icraçı direktoru təyin edilmişdi. Hepçorman 2013-cü ildən ASB Bankda rəqəmsal bankçılıq və ödəniş kartları istiqamətində çalışıb.
Sarvan Mikayılov isə uzun illərdir "Azərbaycan Sənaye Bankı"nda fəaliyyət göstərir. O,1998-ci ilin yanvarından bankda maliyyə direktoru və İdarə Heyətinin üzvü kimi çalışırdı.
ASB Bank 1996-cı ildə yaradılıb və 60 milyon manat nizamnamə kapitalına malikdir. Bankın əsas səhmdarı 98,43% payla "Anadolu Investment Company" MMC-dir. Digər səhmdarlar Leyla Gözal Kurt və "Azərbaycan Sənaye Lizinq Şirkəti"dir.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?