Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Azərbaycan 16-21 sentyabr tarixlərində Türkiyəyə ixrac missiyası təşkil etməyi planlaşdırır.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
"16-21 sentyabr tarixlərində Adana, Mərsin və İstanbul şəhərlərinə ixrac missiyası təşkil olunacaq. İxrac missiyasına qida və içki sənayesi, eləcə də tikinti materialları sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri daxil olacaq", - deyə agentlikdən bildirilib.
İxrac missiyasında iştirak etmək istəyən şirkətlər təkliflərini 3 iyun tarixinədək təqdim etməli, iyunun 19-da keçiriləcək müvafiq müsabiqədə iştirak etməlidir.
Seçim meyarlarına ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olması daxildir. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Milyonlar qazandıran qəribə biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?