Azərbaycan sığortaçılarında korporativ idarəetmə standartları dəyişib

Azərbaycan sığortaçılarında korporativ idarəetmə standartları dəyişibAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Sığortaçılarda korporativ idarəetmə Standartları"nda dəyişikliklər edib.
Bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Azərbaycan sığortaçılarında korporativ idarəetmə standartları dəyişibQərara əsasən, sığortaçıda qərarların qəbul edilməsi prosesində istifadə edilən, habelə ictimaiyyətə açıqlanan məlumatlar adekvat, hərtərəfli, etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır. Müvafiq məlumatlar mötəbərlik, anlaşıqlılıq, operativlik, əhəmiyyətlilik, aktuallıq, müqayisəlilik prinsiplərinə uyğun olmalı, açıqlanarkən şəffaflıq və kommersiya maraqları arasında tarazlıq saxlanılmalı, qanunla hər hansı sirr təşkil edən məlumatların qorunması təmin edilməlidir. İctimaiyyətə açıqlanan məlumatlar sığortaçının Mərkəzi Banka təqdim etdiyi məlumatlarla uyğunsuzluq təşkil etməməlidir.
Sığortaçının fəaliyyəti barədə ümumi məlumatların həmçinin, ödəmə qabiliyyəti, maliyyə vəziyyəti və bazar davranışları (bazar davranışları barədə məlumatların açıqlanması təkrarsığortaçılara şamil edilmir) barədə məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı fəaliyyət hesabatı (bundan sonra – Fəaliyyət hesabatı) bu Standartların 3 nömrəli Əlavəsində nəzərdə tutulmuş formada və məzmunda illik əsasda tərtib edilir. Fəaliyyət hesabatı hər il təqvim ili başa çatdıqdan sonra 5 ay müddətində sığortaçının internet səhifəsinin istifadəçilər üçün aydın görünən, əlçatan formatda strukturlaşdırılmış ayrıca bölməsində illər üzrə qruplaşdırılmaqla "PDF" və ya digər ixrac oluna bilən formatda yerləşdirilir.
Sığortaçı bu Standartların 4-17 nömrəli Əlavələrində nəzərdə tutulmuş cədvəlləri, həmçinin, rüblük əsasda tərtib edir və hər rüb başa çatdıqdan sonra 15 iş günü müddətində rəsmi internet səhifəsinin istifadəçilər üçün aydın görünən, əlçatan formatda strukturlaşdırılmış ayrıca bölməsində illər üzrə qruplaşdırılmaqla "Excel" və ya digər ixrac oluna bilən formatda yerləşdirir.
Sığortaçı bu Standartların 4-17 nömrəli Əlavələrində nəzərdə tutulmuş cədvəllərə əlavə məlumatlar daxil edə bilər.
Bu Standartların 18-1.2-ci bəndində göstərilən Fəaliyyət hesabatında əks olunan məlumatlarda mühüm dəyişikliklər baş verdikdə sığortaçı yenilənmiş Fəaliyyət hesabatını dəyişikliklərin baş verdiyi tarixdən təxirə salınmadan rəsmi internet səhifəsində yerləşdirir.
İctimaiyyətə açıqlanan məlumatlar yerləşdirildiyi tarixdən sonra azı 5 il sığortaçının rəsmi internet səhifəsində saxlanılmalıdır. Açıqlanan məlumatların sığortaçının rəsmi internet səhifəsində yerləşdirildiyi tarix və açıqlanan məlumatlarla bağlı sorğuların cavablandırılmasına məsul şəxs barədə məlumat (onun soyadı, adı, telefon nömrəsi, elektron poçt ünvanı) göstərilməlidir. Əlavə olaraq həmin məlumatlar media subyektləri vasitəsilə dərc oluna və (və ya) yayımlana bilər.
İctimaiyyətə açıqlanan məlumatları sığortaçının İdarə Heyətinin sədri və baş maliyyə inzibatçısı imzalayır.
AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
© Report

Banklar     Tarix: 10 iyun 2025

Oxşar xəbərlər

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler kripto emlak xeberleri bitkoin biznes krediti