Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi fəaliyyətə - BAŞLAYIB

Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi fəaliyyətə - BAŞLAYIBDaşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) açılışı olub və biznes-forum keçirilib.
FED.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Forumu açıq elan edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Özbəkistandakı Səfirliyin birinci katibi Samir Abbasov hər iki tərəfdən orta və kiçik sahibkarlıq sahələrinin 30-dan çox nümayəndəsinin iştirak etdiyini qeyd edib.
"Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin iki ölkə arasındakı tarixi münasibətlər, mövcud strateji əməkdaşlığa dair fikirləri və gələcək münasibətlərimizin inkişafına dair verdikləri tapşırıqlar və tövsiyələr bu işdə bizim üçün əsas yol xəritəsidir", - diplomat vurğulayıb.
O, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm təşəbbüs olan Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb. S.Abbasov yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin fəaliyyətinə uğurlar arzulayıb.
Birliyin rəhbəri Ruslan İmanzadə çıxışında yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi haqqında məlumat verib, iki ölkə arasında iqtisadi əlaqələrə dair əldə olunmuş nailiyyətləri qeyd edib.
O, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 50,1 milyon ABŞ dolları olub, bunun 33,5 milyon ABŞ dolları ixrac, 16,6 milyon ABŞ dolları idxal əməliyyatlarının payına düşür.
O deyib ki, bu gün Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, daşınmaz əmlak, energetika, zərgərlik məmulatlarının istehsalı, təmiri, qida və yüngül sənaye sahələrini əhatə edin 234 müəssisə fəaliyyət göstərir.
Özbəkistan İqtisadiyyat Assosiasiyasının rəhbəri Muxtar Umarov ölkələrimiz arasında əməkdaşlığın inkişafından danışıb, biznes sahəsinin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub. O, iki ölkə arasında iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolunda böyük potensialın olduğunu qeyd edərək, azərbaycanlı iş adamlarının Özbəkistanda investisiya yatırımları üçün yaxşı imkanların olduğunu söyləyib. M. Umarov ölkələrimizin biznes dairələri arasında görüşlərin faydalı olacağına inamını ifadə edərək, belə görüşlərin bundan sonra həm Daşkənddə, həm də Bakıda keçirilməsini vacibliyini vurğulayıb.
Sonra iş adamlarının iştirakı ilə ikitərəfli görüşlər keçirilib, konkret layihələr müzakirə olunub, qonaqlar Daşkəndin bir sıra biznes sahələri ilə tanış olublar. (Report)

Biznes     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb. xəbər verir ki, bu barədə "Forbes" jurnalının yenilənmiş hesablamalarında bildirilir

Transfer Pricing sənədləşməsinin əhəmiyyəti nədir?

Bu sənədləşmənin əsas məqsədi əməliyyata görə ikiqat vergi tutmanın qarşısını almaqdır. İqtisadi bazarda əsasən beynalxalq törəmə şirkətləri arasında aparılan Transfer Pricing yəni Transfer qiymətlərinin sənədləşməsi əməliyyat

Azərbaycan İnvestisiya Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanov vəzifəsindən uzaqlaşdırıldı

Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdar

"McDonald"s Azərbaycan" "Nizami Mall"da yeni restoran açıb - FOTOLAR

"McDonald"s Azərbaycan" "Nizami" metro stansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən "Nizami Mall" ticarət mərkəzində yeni restoran açıb. xəbər verir ki, restoran "Nizam

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"


iqtisadi xeberler avtomobil xeberleri valyuta mezennesi bitkoin almaq online pul qazanmaq