Azərbaycan və Gürcüstan fitinq platformalarının istifadəsi üçün tarifləri azaltmaqla bağlı Qazaxıstana müraciət edib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və "Gürcüstan Dəmir Yolu" ASC Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Azərbaycan və Gürcüstan ərazilərində inventar parkının fitinq platformalarından istifadə üçün müəyyən edilmiş tarifin 30 % azaldılması və Qazaxıstan ərazisində bu rüsumların tam ləğv edilməsi təklifi ilə "Qazaxıstan Dəmir Yolları" SC-yə (KTJ) müraciət edib.
Bu barədə TBNM Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikərimov assosiasiyanın Bakıda keçirilən iclasında məlumat verib.
"TBNM-in inkişafı üzrə işçi qrupunun 3 mart 2025-ci il tarixli iclasında KTJ marşrutla hərəkət etmək üçün vaqon parkının (fitinq platformalarının) yaradılması barədə məlumat təqdim edib. Bununla əlaqədar olaraq ADY KTJ-yə Azərbaycan və Gürcüstan ərazilərində istismar üçün inventar parkından fitinq platformalarının təqdim edilməsi xahişi ilə müraciət edib", – Q.Abdikərimov bildirib.
O əlavə edib ki, marşrutla daşınma xərclərinin artmasının qarşısını almaq məqsədilə tərəflər Azərbaycan və Gürcüstan əraziləri üçün tarifin 30 % azaldılmasını və Qazaxıstan üçün tam ləğv edilməsini təklif ediblər. / banker.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq üçün nə lazımdır?
Fond birjası nədir?