Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı oldu

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə ®Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub. Layihənin açılışı Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi tədbiri çərçivəsində edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti ilə mətbuata birgə bəyanatında bu hadisəni aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması kimi dəyərləndirib.
Layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında "ABB Davr" Bank adı ilə fəaliyyətini nəzərdə tutur.
Xatırladaq ki, avqustun 22-də Daşkənddə təşkil olunmuş IV Özbəkistan-Azərbaycan regionlararası forumunda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev Davr Bankın əsas nəzarət səhm paketinin ABB tərəfindən alınmasına dair anlaşma sənədi imzalamışdılar.
Beləliklə, layihəyə start verildi və ABB 2026-2028-ci illər üzrə strateji inkişaf planında nəzərdə tutulmuş coğrafi genişlənmə hədəfinə uyğun olaraq Özbəkistanın maliyyə bazarına daxil oldu.
Bank "ABB Davr" Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək. ABB Maliyyə Qrupu son illərdə özünü doğrultmuş korporativ idarəetmə sistemini, rəqəmsallaşma, süni intellekt əsaslı innovativ layihələrini, kiçik və orta bizneslər üçün universal maliyyə həllərini Özbəkistan bazarında da geniş tətbiq edəcək. 40 milyona yaxın əhalisi olan, iqtisadiyyatı ardıcıl sürətlə inkişaf edən Özbəkistanın bank sektorunda yeni təcrübələr yaratmağa çalışacaq. Xüsusilə ölkədəki kiçik və orta bizneslərin inkişafı üçün əlavə imkanlar açacaq.
Bu bazarda məqsədyönlü fəaliyyət ABB-yə də böyük imkanlar qazandıracaq. Tanınmış Azərbaycan brendi olan ABB Maliyyə Qrupunun regional və beynəlxalq imicini daha da möhkəmləndirəcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Özbəkistan bazarında iştiraka  yaradılmış şəraitə görə Azərbaycan və Özbəkistan prezidentlərinə, həmçinin bu prosesə dəstək vermiş müvafiq dövlət qurumlarına minnətdarlığını bildirib: "Bizim üçün böyük şərəfdir ki, ABB-nin yeni strateji dövrdə qarşıya qoyduğu coğrafi genişlənmə hədəfinə doğru ilk tarixi addım məhz qardaş Özbəkistandan başlandı.
Bu layihəni Özbəkistanda uzunmüddətli fəaliyyətimizin başlanğıcı kimi qiymətləndiririk, biznes, vətəndaşlar, eləcə də ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı olmaq istəyirik. Niyyətimiz yeni imkanlar yaratmaq, iqtisadiyyata dəstək olmaq, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişafına töhfə verməkdir".
Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev bildirib: "Bu əqdlə biz bank xidmətlərini keyfiyyətcə yeni mərhələyə daşıyırıq. Yeni tərəfdaşımızın təcrübəsi, innovativ texnologiyaları və dayanıqlı kapitalı Davr Bank-a ən qısa zamanda müştərilərinə qabaqcıl maliyyə məhsulları təqdim etməyə imkan verəcək. Bu tərəfdaşlıq bankımız üçün daha yüksək sabitliyin və güclü texnoloji sıçrayışın təminatıdır".
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə / banker.az

Banklar     Tarix: 24 avqust 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollarin kursu bu gun dollar manat kursu internetden pul qazanmaq investisiya