Azərbaycana neft və qazdan daxil olan pul azalır

Azərbaycana neft və qazdan daxil olan pul azalır2023-cü ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycandan 28 milyard 479 milyon 306 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib
Marja.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir. 
O cümlədən, cari ilin 11 ayında 15 milyard 99 milyon 942 dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac olunub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycandan 33 milyard 647 milyon 116 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 18 milyard 318 milyon 642 min dollarlıq xam neft, 14 milyard 807 milyon 620 min dollarlıq təbii qaz ixrac edilmişdi.
Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycana daxil olan valyuta 2023-cü ilin yanvar-noyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 167 milyon 810 min dollar azalıb. Xam neft üzrə gəlir 3 milyard 218 milyon 700 min dollar, təbii qaz üzrə gəlir 2 milyard 31 milyon 931 min dollar azalıb. Əsas səbəb ötən illə müqayisədə neft və qaz qiymətlərinin daha aşağı olmasıdır. 
Azərbaycana neft və qazdan daxil olan pul azalırAzərbaycana neft və qazdan daxil olan pul azalır

Maliyyə     Tarix: 18 dekabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq