Azərbaycanda 3 banka məxsus qeyri-yaşayış binaları satışa çıxarılır – Qiymətlər

Azərbaycanda 3 banka məxsus qeyri-yaşayış binaları satışa çıxarılır – Qiymətlər"Bakı Hərrac Mərkəzi"ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  "Texnika Bank" ASC-nin iyulun 1-də, "Atabank" ASC-nin iyulun 2-də, "Dəmir Bank" ASC-nin isə iyulun 8-də  daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Banker.az bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.
"Texnika Bank"a məxsus daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi, 7 ünvanında yerləşən, ümumi sahəsi 247.92 kv.m olan qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 750.000 manatdır.
"Atabank" ASC-nin balansındakı daşınmaz əmlak Yevlax şəhəri, Nizami prospektində 0.03821 ha torpaq sahəsində yerləşən 54 nömrəli 2 girişli, 320.65 m² ümumi, 225.25 m² əsas, 95.4 m² köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasıdır (Bank). Daşınmaz əmlakın ilkin satış qiyməti 400 000 manatdır.
"Dəmirbank" ASC-nin balansındakı daşınmaz əmlak Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsində istifadədə olan 0.01518 ha torpaq sahəsində yerləşən 126.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 260.000 manatdır.

Banklar     Tarix: 20 iyun 2025

Oxşar xəbərlər

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr


iqtisadi xeberler dollar mezenne pul qazanmaq rubl mezenne bu gunun xeberleri