Azərbaycanda 5 BOKT-un balans kapitalı 25 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə balans kapitalı 25 milyon manatdan çox olub.
Aparılan araşdırmaya görə, bunlar, "Birkredit" (87,2 milyon manat), "Azpul" (65,8 milyon manat), "SF Azerbaijan" (35,6 milyon manat), "M Bulak" (29,1 milyon manat) və "Embafinans"dır (25,8 milyon manat).
4 BOKT-un balans kapitalı 10-25 milyon manat arasında, 32 BOKT-un balans kapitalı 1-10 milyon manat arasında, 9 BOKT-un balans kapitalı isə 0-1 milyon manat arasında olub, 1 BOKT – "Para"nın balans kapitalında 19,1 milyon manat çatışmazlıq yaranıb.
2 BOKT – "E-Kredit" və "Forfinance" ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus "Aqrarkredit" isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 42-nin son 1 ildə balans kapitalı artıb. Ən yüksək dinamika "Caspian İnvest"də (40,1 dəfə), ən aşağı dinamika isə "Finca Azerbaijan"da (1,3%) qeydə alınıb.
7 BOKT-un isə son 1 ildə balans kapitalı azalıb. Ən çox azalma İDK-da (36,4%), ən az azalma isə "Kredit Servis"də (0,5%) qeydə alınıb.
İl ərzində "Para"nın balans kapitalındakı çatışmazlıq 6,7% artıb, "SF Azerbaijan"ın isə balans kapitalı mənfidən müsbətə keçdiyi üçün onun kapitalının dinamikasını hesablamaq mümkün olmayıb.
© Yurd.Media / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?