Azərbaycanda 5 BOKT-un öhdəlikləri 40 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 40 milyon manatdan çox olub.
Bunlar, "Fintrend" (62,8 milyon manat), "FİNKA Azərbaycan" (58,3 milyon manat), "SF Azerbaijan" (46,3 milyon manat), "Embafinans" (44,2 milyon manat) və "FNC"dir (40,3 milyon manat).
8 BOKT-un öhdəlikləri 10-40 milyon manat arasında, 22 BOKT-un öhdəlikləri 1-10 milyon manat arasında, 16 BOKT-un öhdəlikləri isə 0-1 milyon manat arasında olub.
2 BOKT – "E-Kredit" və "Forfinance" ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus "Aqrarkredit" isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 29-nun son 1 ildə öhdəlikləri artıb. Ən yüksək dinamika "Nova Credit"də (169 dəfə), ən aşağı dinamika isə "Kəpəz"də (7,5%) qeydə alınıb.
2 BOKT-un – "Azəri Star Mikromaliyyə" və "Azinvestkredit"in öhdəlikləri dəyişməyib.
20 BOKT-un isə son 1 ildə öhdəlikləri azalıb. Ən çox azalma "Finans İnvest"də (100%), ən az azalma isə "Finans Kredit"də (0,5%) qeydə alınıb.
© Yurd.Media / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?