Azərbaycanda 5-ci böyük bankın vəziyyəti məlum oldu

Azərbaycanda 5-ci böyük bankın vəziyyəti məlum olduAktivlərinin məbləğinə görə 5-ci böyük bank olan "Bank Respublika" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Bank Respublika" 2022-ci ili 26 milyon 652 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 19 milyon 523 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 36,5% və ya 7 milyon 129 min manat artıb. Xalis mənfəətin artması əsasən gəlirlərin artmasından, eyni zamanda mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olan vəsaitdən qaynaqlanır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2022-ci ildə "Bank Respublika"nın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 177 milyon 822 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 56,1% və ya 63 milyon 953 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 113 milyon 869  min manat təşkil etmişdi.
2022-ci ildə "Bank Respublika"nın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 144 milyon 542 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 44,9% və ya 44 milyon 763 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri  99 milyon 779 min manat təşkil etmişdi.
Ötən il "Bank Respublika"nın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən əməliyyat mənfəəti 33 milyon 280 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 14 milyon 90 min manat təşkil etmişdi. Beləliklə, "AccessBank"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 2,4 dəfə və ya 19 milyon 190 min manat artıb.
2022-ci ildə "Bank Respublika" mümkün zərərlər üçün yaradılan ehtiyatlara vəsait ayırmayıb, əksinə ehtiyatdan azad olmuş 2 milyon 781 min manat mənfəətə əlavə edilib. 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlardan 6 milyon 418 min manat azad olmuşdu.
"Bank Respublika" ASC mənfəət vergisindən əvvəlki 36 milyon 62 min manat mənfəətindən 9 milyon 410 min manat mənfəət vergisi ödəyib və ötən ili 26 milyon 652 min manat xalis mənfəət ilə bağlayıb. 2021-ci ildə "Bank Respublika" 20 milyon 507 min manat mənfəətindən 984 min manat mənfəət vergisi ödəmiş və ili 9 milyon 523 min manat xalis mənfəət ilə başa vurmuşdu.
"Bank Respublika"nın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 28,6% və ya 352 milyon 490 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 1 milyard 584 milyon 857 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 1 milyard 232 milyon 367 min manat cəm aktivlərə malik idi.
"Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 33,7% və ya 242 milyon 620 manat artaraq 31 dekabr 2022-ci il tarixində 962 milyon 560 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 719 milyon 940 min manata çatmışdı.
Ötən il "Bank Respublika"nın istehlak kreditləri portfeli 86 milyon 890 min manat artaraq 227 milyon 600 min manata, biznes kreditləri portfeli 141 milyon 168 min manat artaraq 658 milyon 116 min manata, ipoteka kreditləri portfeli 14 milyon 599 min manat artaraq 76 milyon 604 min manata yüksəlib.
"Bank Respublika"nın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 20,5% və ya 164 milyon 328 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 965 milyon 893 manat təşkil edib. Bank 2021-ci ilin sonunda 801 milyon 565 min manat cəmi depozitlərə malik idi.
Ötən il "Bank Respublika"da fiziki şəxslərin depozitləri 150 milyon 553 min manat aratarq 558 milyon 963 min manata, hüquqi şəxslərin depozitləri isə 13 milyon 776 min manat aratraq 406 milyon 930 min manata yüksəlib. 
31 dekabr 2022-ci il tarixində "Bank Respublika" 127 milyon 468 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 104 milyon 484 min manat məcmu kapitala malik idi.
Azərbaycanda 5-ci böyük bankın vəziyyəti məlum olduAzərbaycanda 5-ci böyük bankın vəziyyəti məlum olduAzərbaycanda 5-ci böyük bankın vəziyyəti məlum olduAzərbaycanda 5-ci böyük bankın vəziyyəti məlum oldu

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti


iqtisadi xeberler kripto en son xeberler valyuta mezennesi internetden pul qazanmaq