Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıbBu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb.
FED.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev qurumun təşkil etdiyi "Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisar sahəsində dövlət nəzarəti" adlı tədbirdə bildirib.
O bildirib ki, bu araşdırmaların gedişatında artıq 14 subyekt pozuntuları könüllü şəkildə aradan qaldırıb: "Müraciət edənlərin haqsız rəqabətə məruz qalma hallarının aradan qaldırıldığı nəzərə alınaraq, bu faktlar qeydiyyata alınıb. Digər məsələlər üzrə isə 20 subyekt barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və həmin işlərə baxılması yekunlaşıb. İşlərin ən çox qaldırılma səbəbi 25 əmtəə nişanından qanunsuz istifadə ilə bağlıdır. Bu tendensiya beynəlxalq təcrübədə də özünü göstərir və dünyada üstünlük təşkil edir".
Şöbə müdirinin sözlərinə görə, Azərbaycandakı sahibkarlıq subyektləri öz mallarına ticarət markası və əmtəə nişanı almaqda maraqlıdırlar: "Təbii ki, onlar bu əmtəə nişanlarını öz nüfuzlarını qorumaq üçün əldə edir. Əgər əmtəə nişanından digər təsərrüfat subyektləri qanunsuz istifadə edirsə, bu halda bizə şikayət edirlər. Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı müraciət etməklə yanaşı, həmin subyektlərin mövcud qanunvericiliyə əsasən məhkəmədə iddia qaldırmaq hüquqları da var. Bildiyimiz kimi, dəymiş ziyanın ödənilməsi tələbi məhkəmə qaydasında həyata keçirilməlidir. Rəqabət orqanının qaldırdığı işlərin 18-i əmtəə nişanından qanunsuz istifadə, 5-i isə digər haqsız rəqabət halları üzrə olub. Bu hallara həm istehlakçıların çaşdırılması, həm də haqsız rəqabətin digər formaları daxildir. Ümumilikdə, qeyd etdiyim kimi, Rəqabət Məcəlləsinə əsasən haqsız rəqabətlə bağlı araşdırmalar davam etdirilir". (report)

Biznes     Tarix: 10 sentyabr 2026

Oxşar xəbərlər

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb. xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanı

Xaricə ixracı ən çox artıb-azalan dövlət şirkətləri – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ

Bu ilin yanvar-avqust aylarında bir sıra qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım, bəzilərində isə azalma müşahidə olunub. Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinq

Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI

"Caspian Road" MMC-nin (VÖEN: 1306756681) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin təsisçiləri Əliyev İbrahim Əmiraslan oğlu və Arafah Group MMC öz payını götürərə

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

"MİRAS" Hərbi-Sənaye Şirkəti Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, şirkətin tabeliyində dəyişiklik edilib. Qeyd edək ki, "MİRAS"


iqtisadi xeberler kicik biznes internetden pul qazanmaq bitkoin almaq biznes xeberleri