Xaricə ixracı ən çox artıb-azalan dövlət şirkətləri – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ
Bu ilin yanvar-avqust aylarında bir sıra qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım, bəzilərində isə azalma müşahidə olunub.
Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinqi açıqlandı - ƏTRAFLI
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilib.
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkətlər "SOCAR Cape" MMC və "Naxçıvan Enerji" MMC olub. Bu şirkətlər ilk səkkiz ayda müvafiq olaraq 500 min ABŞ dolları və 300 min ABŞ dolları ixrac gəliri əldə edib. 2025-ci ilin yanvar-avqust aylarında şirkətlərin ixrac gəliri müvafiq olara 10 min ABŞ dolları və 100 min ABŞ dolları olmuşdu.
Məbləğ ifadəsində ixrac gəlirlərini ən çox artıran şirkət isə "Azəralüminium" MMC olub. Şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrünüə nəzərən 47,9 milyon ABŞ dolları (57,8%) artaraq 130,8 milyon ABŞ dollarına çatıb.
İxrac gəlirləri azalan dövlət şirkətləri arasında birinci yerdə, ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi olub. Şirkətin ixrac gəlirləri illik müqayisədə 65 milyon ABŞ dolları və ya 23,9% azalaraq 207,3 milyon dollara düşüb.
Bundan başqa, "SOCAR Polymer" MMC-nin ixrac gəlirləri 14,9 milyon dollar və ya 7,8% azalaraq 175,6 milyon ABŞ dollarına, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ixrac gəlirləri 1,1 milyon ABŞ dolları (11,8%) azalaraq 8,2 milyon ABŞ dollarına düşüb.
Qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlər daha ətraflı:
S/N
Şirkətin adı
İxrac gəlirləri yanvar-avqust, 2025
(Min ABŞ dolları)
İxrac gəlirləri yanvar-avqust, 2026
(Min ABŞ dolları)
İxrac gəlirlərinin dinamikası
Yanvar-avqust, 2025 - Yanvar-avqust, 2026
Mütləq
(Min manat)
% / dəfə
1
"SOCAR Cape" MMC
10
500
490
50 dəfə
2
"Azəripək" ASC
100
300
200
3 dəfə
3
"Naxçıvan Enerji" MMC
0
900
900
100%
4
"Azərpambıq ASK" MMC
26 000
45 900
19 900
76,50%
5
"Azərenerji" ATSC
5 000
8 300
3 300
66%
6
"Azəralüminium" MMC
82 900
130 800
47 900
57,80%
7
"AzerGold" QSC
148 000
180 600
32 600
22%
8
"SOCAR Polymer" MMC
190 500
175 600
-14 900
-7,80%
9
"Azərbaycan Hava Yolları" QSC
9 300
8 200
-1 100
-11,80%
10
ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
272 300
207 300
-65 000
-23,90% / fed.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda banklararası istinad faizi yüksəlib
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
ABB DigiLife onlayn jurnalını təqdim etdi
Marketinq nə demədir?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes qurmaq üçün nə lazımdır?