Azərbaycanda 7 BOKT-un xalis mənfəəti azalıb

Azərbaycanda 7 BOKT-un xalis mənfəəti azalıbAzərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 16-nın ötən il (xalis) mənfəəti əvvəlki illə müqayisədə çox olub.
Bunlar "TCF", "Premier Kredit", "City Finance", "FİNKA Azərbaycan", "TBC Kredit", "Kredex", "International", "Qafqaz-Kredit", "İdeal Kredit", "Avrasiya-Kredit", "Aqrarkredit", "MCB", "Embafinans", "PSG Finans", "Merkuri" və "Brand Credit" BOKT-lardır. Ən yüksək dinamika "TCF"də (9,3 dəfə), ən aşağı dinamika isə "Brand Credit"də (4,5%) qeydə alınıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
7 BOKT-un – "Kredit Servis", "Azmikroinvest", "Viator Mikrokredit Azərbaycan", "Asel Kredit", "Finoko", "Effektinvest" və "Kəpəz"in isə (xalis) mənfəəti azalıb. Ən çox azalma "Kəpəz"də (76%), ən az azalma isə "Kredit Servis"də (25,5%) qeydə alınıb.
4 BOKT-un – "Prior Credit", "Azinvestkredit", "Birkart" və "Kredaqro"nun (xalis) zərəri artıb, 5 BOKT-un – "Gold Finance", "Union Kredit", "Para", "Azərbaycan Mikrokredit Azərbaycan" və "İcraçı Kredit Agentliyi"nin (xalis) zərəri azalıb.
8 BOKT – "Azkredit", "Falcon Finance", "İDK", "İnkişaf üçün maliyyə", "M Bulak", "MJ Financial Services", "Regional" və "Viza Kredit" 2021-ci ili (xalis) mənfəətlə, 2020-ci ili (xalis) zərərlə, 1 BOKT - "Finex Kredit" ötən ili (xalis) zərərlə, əvvəlki ili isə (xalis) mənfəətlə başa vurub, 1 BOKT-un "Aset Maliyyə Texnologiyaları"nın həm 2021-ci ildə, həm də 2020-ci ildə mənfəəti (eyni zamanda zərəri) olmayıb, 1 BOKT - "Optimal Finance" ötən ildən mənfəətlə çıxıb, əvvəlki il isə mənfəəti olmayıb. Odur ki, bu kredit təşkilatlarının (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 BOKT - "SF Azerbaijan" bazara bu il, 4 BOKT - "Azfinans", "Finkapital", "FNC" və "Nas Project" isə bazara ötən il daxil olub. 8 BOKT – "Azəri Star Mikromaliyyə", "Azpul", "Caspian Invest", "Finans İnvest", "Finans Kredit", "Fintrend", "Omni Finance" və "Pro Kredit" (xalis) mənfəətinin / zərərinin dinamikasını açıqlamayıb.
5 BOKT-un ötənilki (xalis) mənfəəti 1,5 milyon manatdan çoxdur.
Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 12-si ötən ili zərərlə başa vurub.
"Gold Finance", "Nas Project", "Azinvestkredit", "Azpul", "Union Kredit", "Birkart", "Azərbaycan Mikro-Kredit", "İcraçı Kredit Agentliyi", "Finex Kredit", "Prior Credit", "Kredaqro" və "Para" BOKT-lardır. Zərərin ən yüksək həddi "Para"da (5,414 milyon manat), zərərin ən aşağı həddi isə "Gold Finance"da (18 min manat) qeydə alınıb.
1 BOKT-un – "Aset Maliyyə Texnologiyaları"nın gəlirləri və xərcləri olmayıb.
33 BOKT isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də bu göstərici 1,5 milyon manatdan çox olub. Bunlar "Embafinans" (3,336 milyon manat), "M Bulak" (3,089 milyon manat), "FİNKA Azərrbaycan" (2,611 milyon manat), "PSG Finans" (1,975 milyon manat) və "City Finance" (1,701 milyon manat) BOKT-lardır.
Qalan 28 BOKT-dan 3-nün (xalis) mənfəəti 1-1,5 milyon manat arasında, 25 BOKT-un (xalis) mənfəəti isə 1 milyon manatdan azdır.
1 BOKT – "SF Azerbaijan" bazara bu il daxil olub, 9 BOKT – "Azəri Star Mikromaliyyə", "Azfinans", "Caspian Invest", "Finans İnvest", "Finkapital", "Fintrend", "FNC", "Omni Finance" və "Pro Kredit" (xalis) mənfəətinin / zərərinin məbləğini açıqlamayıb. 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Renkinq 

Banklar     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun bitkoin almaq dollar məzənnəsi