Azərbaycanda 8 bankın mənfəət vergisi ödəmələri artıb

Azərbaycanda 8 bankın mənfəət vergisi ödəmələri artıbAzərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-si bu ilin yanvar-sentyabr aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 8-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Zıraat Bank Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Express Bank" və "Bank of Baku" ASC-lər, "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
4 bank – "Bank Respublika", "Zıraat Bank Azərbaycan", "Azər-Türk Bank" və "Günay Bank" isə bu ilin 9 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb. 
1 bankın – "Xalq Bank" ASC-nin isə mənfəət vergisi ödəmələri 100% azalıb.
Bu ilin 9 ayında mənfəət vergisi ödəməmiş 13 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb. 
12 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-si mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Bank of Baku", "Bank Respublika", "Xalq Bank", "Express Bank", "Azərbaycan Sənaye Bankı", "Zıraat Bank Azərbaycan", "Azər-Türk Bank" və "Günay Bank" ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.
Adları çəkilən banklar bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə ümumilikdə 156,952 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (57,136 milyon manat), ən aşağı göstərici isə "Günay Bank"da (187 min manat) qeydə alınıb. 
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq" / marja.az

Banklar     Tarix: 07 dekabr 2022

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler online pul qazanmaq leobank kart kicik biznes depozit faizleri