Azərbaycanda ABŞ dollarının satışı 1.70 manatdan aşağı düşüb

Azərbaycanda ABŞ dollarının satışı 1.70 manatdan aşağı düşüb2025-ci ilin 23 may ayına olan monitorinqə əsasən, Azərbaycanda ABŞ dollarının nağd satış məzənnəsi bəzi valyuta dəyişmə məntəqələrində Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi rəsmi məzənnə olan 1.70 manatdan aşağı enib.
Banker.az tərəfindən aparılan monitorinq göstərir ki, hazırda ABŞ dollarının nağd satışı bir neçə maliyyə qurumunda 1.6980 – 1.6990 aralığında təklif olunur.
Bu hal, banklar və valyutadəyişmə məntəqələrinin artıq alış-satış fərqindən (spread) minimal gəlirlə razılaşdıqlarını göstərir. "A Zuhur" MMC, "Eliko" MMC, "Meta Kapital" MMC və "MMK-014" MMC kimi valyuta dəyişmə məntəqələri hazırda 1.70-dən ucuz satırlar. Bu təşkilatlar adətən "spread"dən gəlir qazanırlar.
ABŞ dollarının 1.7 manatdan aşağı kursla satılması 2016-ci ildən bu tərəfə qeydə alınan nadir hadisədir. Həmin dövrdə isə dollar-manat cütlüyünün məzənnəsi hər gün fərqli istiqamətdə dəyişə bilirdi. Təqribən rəsmi məzənnə 1.63-1.70 intervalında dəyişirdi.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı artıq hərrac nəticələrini ictimaiyyətə təqdim etmir. Mərkəzi Bankın sədri Taleh Kazımovun əvvəlki açıqlamasına görə, sabit məzənnə rejimi şəraitində hərrac məlumatları bazarı tam əks etdirmir. İndi əsas göstəricilər olaraq məzənnə və valyuta ehtiyatları ön plandadır. Sədr həm də, hərraclardakı dəyişən həcmlər media və bir sıra ekspertlər tərəfindən həcmini əsassız müzakirələrə səbəb olub. O bunu "ədalətsiz" adlandırmışdı.
Kazımov onu da bildirmişdi ki, Dövlət Neft Fondunun (ARDNF) valyuta bazarındakı rolu ümumilikdə 30-35% civarındadır və bu da ümumi təklifin əsas hissəsini təşkil edir.
23 apreldə uçot faiz dərəcəsinə dair press-konfransda AMB sədri məzənnə ilə bağlı bir sıra açıqlamalar vermişdi. Məsələn, bankların dollarda istiqraz buraxmasını Mərkəzi Banka olan inamla əlaqələndirdi: "Mərkəzi Banka, onun sabit məzənnə rejiminə (1 dollar = 1.7 manat) güvənirlər. İnanırlar ki, AMB uzunmüddətli sabit məzənnə rejimi həyata keçirəcək".

Banklar     Tarix: 23 may 2025

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb

Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO - könüllü avtomobil sığortası) sığortası üzrə 2026-cı ilin yanvar–sentyabr aylarında 54 milyon 210 min manat sığorta haqqı toplanıb. Azərbaycan Mərkəzi Bankının statistikas

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların


iqtisadi xeberler 1000 manatla biznes depozit faizleri dollar mezenne kicik biznes