Azərbaycanda bağlanmış 7 bankın əmlakları hərraca çıxarıldı – Qiymətlər
28 dekabr 2022-ci il saat 11:00-da "Bakı Hərrac Mərkəzi"ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Amrahbank" ASC, QSC "Bank Standard" KB-nin, "NBC Bank" ASC, "Zaminbank" ASC, "Atabank" ASC, "AGBank" ASC, "Texnikabank" ASC balansındakı əmlaklar açıq hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, "Amrahbank" ASC-nin balansındakı daşınar əmlaklar 45 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 14146 manatdır. QSC "Bank Standard" KB-nin balansındakı daşınar əmlaklar 34 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 5455 manatdır. "NBC Bank" ASC-nin balansındakı daşınar əmlaklar 21 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 2485 manatdır.
"Zaminbank" ASC-nin balansındakı daşınar əmlaklar 17 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 2625 manatdır. "Atabank" ASC-nin balansındakı daşınar əmlaklar 20 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 1690 manatdır.
"AGBank" ASC-nin balansındakı daşınar əmlaklar 13 adda müxtəlif növ komputer avadanlıqlarıdır. Daşınar əmlakların ilkin satış qiyməti 2505 manatdır. "Texnikabank" ASC-nin balansındakı daşınmaz əmlak Quba rayonu, Aşağı Xuç kəndində yerləşən ümumi sahəsi 2,397262 ha olan torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 15000 manatdır.

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Green Card nədir və onu necə əldə etmək olar?
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Cash Back nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız