Azərbaycanda bank hesabı açan Rusiya vətəndaşları nəyi nəzərə almalıdırlar?

Azərbaycanda bank hesabı açan Rusiya vətəndaşları nəyi nəzərə almalıdırlar?Rusiya prezidenti Vladimir Putinin hərbi səfərbərlik elan etməsindən sonra digər ölkələrə axın edən Rusiya vətəndaşlarının ehtiyac duyduğu xidmətlərdən biri də banklarla bağlıdır.
Xüsusilə ölkəsindən pul gözləyən rusiyalılar üçün bank hesabının olması vacib məsələdir.
Bununla belə, xarici ölkə vətəndaşı olduqları, Rusiyanın bir sıra sanksiyalara məruz qaldığı nəzərə alınarsa, rusiyalılar üçün bankda hesab açmaq, əməliyyatlar aparmaq asan sayılmamalıdır. Artıq bəzi ölkələrdə Rusiya vətəndaşlarının bank xidmətlərindən istifadə etməsində müxtəlif maneələr, sərt tələblər qoyulub. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
Azərbaycan banklarında deyirlər ki, Rusiya vətəndaşlarının hesab açmasına hələ ki, heç bir qadağa yoxdur. Lakin bu məsələ qanunvericiliyin və bankın daxili qaydalarının tələblərinə uyğun olaraq müxtəlif şəkildə icra olunur.
"Bizim bankda hesab açmaq istəyən xarici vətəndaş həm ümumvətəndaş (xarici), həm də daxili pasportunu təqdim etməlidir. Daxili sənəd əvəzinə sürücülük vəsiqəsi də qəbul olunur. Bundan sonra biz bank olaraq aidiyyəti qurumlara bu məlumatlar əsasında sorğu göndəririk. Əgər heç bir problem görünmürsə, şəxsə hesab açırıq. Bankımızda Rusiya vətəndaşlarına hesab açılarkən onlara bank kartı təqdim olunmur. Bank kartı istəyən şəxslər isə mütləq şəkildə banka depozit yatırıb, 9-11 %-lik gəlirdən yararlana bilərlər. Bu bank kartlarından da yalnız ölkə daxilində istifadə oluna bilər", – deyə banklardan birinin mütəxəssisi Emil Əliyev bildirir.
Bundan başqa, onun sözlərinə görə, bank hesabına 10 min ABŞ dollarına qədər daxilolmalarda heç bir problem yoxdur: "Bundan çox məbləğdə isə biz həmin pulun mənbəyini öyrənmək istəyirik. Məsələn, pul göndərən şəxs ya işlədiyi yeri, ya da həmin məbləği aldığını təsdiq edən hər hansı alqı-satqı müqaviləsini təqdim edə bilər".
Müraciət etdiyimiz digər bankda isə bu proses müəyyən qədər fərqli icra olunur. Belə ki, ilk növbədə xarici vətəndaşdan Dövlət Miqrasiya Xidmətindən yaşayış yeri ilə bağlı arayış tələb olunur. Bundan başqa, həmin vətəndaş öz ölkəsindəki məlumatları – iş yerini, ev ünvanını təqdim etməyə borcludur. Debet kartın verilməsi üçün isə xarici vətəndaşdan müəyyən məbləğdə rüsum və xidmət haqqı tələb olunur. Belə ki, 1 illik kart üçün 80 manat rüsum, 50 dollar xidmət haqqı, 2 illik kart üçün 100 manat rüsum, 100 ABŞ dollar xidmət haqqı, 3 illik kart üçün isə 120 manat rüsum, 150 ABŞ dollar xidmət haqqı istənilir. Bu tələblər yalnız Rusiya, Ukrayna, Belarus vətəndaşları üçün keçərlidir.
Ümumiyyətlə isə müşahidələr göstərir ki, Rusiya vətəndaşının burada daimi və yaxud müvəqqəti yaşaması ilə bağlı Dövlət Miqrasiya Xidmətindən arayışı varsa, bank hesabı açmağına maneə görünmür. Əksər banklar şəxsiyyəti təsdiq edən sənəd və bu arayış əsasında elə yerindəcə hesab açır və debet kart təqdim edir.
Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, rezident və qeyri-rezidentlərə hesab açılması "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası"nın tələblərinə uyğun həyata keçirilir. Hesab açılarkən digər normativ aktların, o cümlədən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələbləri də rəhbər tutulmalı, qanunvericiliyə və normativ xarakterli aktlara müvafiq olaraq əlavə eyniləşdirmə tədbirləri, eləcə də bankların daxili nəzarət və risk idarəetməsi sistemləri ilə nəzərdə tutulan zəruri tədbirlər tətbiq edilməlidir. / banker.az

Banklar     Tarix: 12 oktyabr 2022

Oxşar xəbərlər

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler online pul qazanmaq bitkoin leobank kart birbank