Azərbaycanda bank kartlarının sayı 16 milyonu ötdü
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı oktyabr ayının sonunda ötən aya nəzərən 271 min ədəd artaraq 16 milyon 210 min ədəd təşkil etmişdir.
Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 22.1% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 72 min, kredit kartları 389 min, digər kartlar isə 2.2 mln. ədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artmışdır. 2023-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5017 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 4107 mln. manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 902 mln. manatı POS-terminallar, 8 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 54.7%-ni təşkil
edib.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?
Cash Back nədir?
Ev şəraitində pul qazanmağın yolları
İban nədir?