Azərbaycanda biznes kreditlərinə tələb azalıb

Azərbaycanda biznes kreditlərinə tələb azalıbMərkəzi Bank tərəfindən 2023-cü ilin III rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanmışdır. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Marja.az-ın məlumatına görə, sorğu nəticələrində bildirilir ki, 2023-cü ilin III rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmanın azaldığı müşahidə olunmuşdur. Yumşalmada azalma hər 3 biznes subyekti üzrə müşahidə edilmişdir. Belə ki, KOS subyektlərinə və mikro sahibkarlıq subyektlərinə verilən kreditlər üzə strandartlarda yumşalma azalmış, iri sahibkarlıq subyektlərinə verilən kreditlərin standartlarında isə sərtləşmə müşahidə edilmişdir. Sorğuya əsasən banklar növbəti rübdə ümumi biznes kreditlər üzrə standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartların daha da sərtləşəcəyini proqnoz edirlər. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Sorğunun nəticələrinə əsasən bank sektorunda biznes kreditlərinə tələb II rüb ilə müqayisədə azalsa da, müsbət zonada qalmışdır. MKOS subyektləri üzrə tələb, iri sahibkarlıq subyektləri ilə müqayisədə yüksək olmuşdur. Banklar 2023-cü ilin IV rübündə iri sahibkarlıq subyektlərinə verilən biznes kreditləri üzrə tələbin azalacağı, MKOS subyektləri üzrə kredit tələbinin artacağı qənaətindədirlər.
Qeyd edilib ki, son 3 rüb ərzində biznes kreditləri üzrə kredit standartlarına yumşaldıcı və sərtləşdirici təsir göstərən faktorların təsir dərəcəsinin azalması müşahidə edilir. Son rüb ərzində bankların mövcud və gözlənilən likvidlik mövqeyi biznes kreditləri üzrə standartlara ən çox yumşaldıcı təsir göstərən faktor olmuşdur. Banklarla rəqabətin yumşaldıcı faktor olaraq təsiri azalsa da, ümumi iqtisadi gözləntilər yumşaldıcı faktor olmaqda davam etmişdir. Cari ilin III rübündə maliyyələşmə xərcləri və uçot dərəcəsi gözləntiləri biznes kreditləri üzrə kredit standartlarını sərtləşdirən əsas faktorlar olmuşdur. Əlavə olaraq bankların risk iştahası, inflyasiya gözləntiləri və bankların iri kreditorlarının maliyyə vəziyyətinə dair risklər də sərtləşməyə səbəb olan faktorlardan olmuşdur. Bundan əlavə, son 7 rüb ərzində biznes kreditləri üzrə kredit standartlarına əsas sərtləşdirici təsir göstərən inflyasiya gözləntiləri və uçot dərəcəsinə dair gözləntilərin sərtləşdirici faktor olaraq təsirinin azalması diqqət çəkməkdədir.
Cari ilin III rübündə ipoteka kreditləri üzrə tələb azalmışdır. Belə ki, bankların daxili ipoteka kreditləri üzrə kredit tələblərində önəmli dəyişiklik olmasa da, İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə kredit tələbində azalma müşahidə edilmişdir. Banklar cari ilin növbəti rübündə İKZF hesabına veriləcək. ipoteka kreditlərində cari rüb ilə müqayisədə kredit tələbində artımın olacağını, cəmi ipoteka kreditlərində isə tələbin dəyişməyəcəyini proqnoz edirlər.
Sorğuya əsasən əhalinin istehlak kreditlərinə tələbi ötən rüb ilə müqayisədə azalsa da, yüksək olaraq qalmaqdadır. Məişət avadanlıqlarının alınması üzrə kreditlərə tələb azalsa da, kredit kartlarına və əməkhaqqı kreditlərinə tələb son rübdə artmışdır. Banklar cari ilin son rübündə əhalinin istehlak kreditlərinə tələbinin artacağı qənaətindədirlər. Belə ki, banklar əhalinin əməkhaqqı kreditlərinə tələbinin dəyişməyəcəyini, kredit kartları və məişət avadanlıqlarının alınması üzrə kreditlərə tələbin artacağını proqnoz edir.
2023-cü ilin III rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar:
Sorğunun nəticələri

Banklar     Tarix: 29 noyabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler kripto valyuta mezennesi bitcoin qiymeti valyuta xeberleri