Azərbaycanda dövlət fondlarının biznes kreditlərində payı 8%-dən aşağı düşüb
Azərbaycanda biznes kreditləri üzrə dövlət fondlarının portfeli oktyabra qədər azalsa da, noyabrdan yüksəlməyə başlayıb, lakin ilin əvvəli ilə müqayisədə xeyli aşağıdır.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, dövlət fondlarının biznesə yönəltdiyi kreditlərin həcmi 1 dekabr tarixinə 941.5 mln. manat təşkil edib. Bu son bir ayda 0.5 faiz (4.5 mln. AZN) artım olsa da, ilin əvvəlindən 110.7 mln. manat və ya 11 faiz azdır.
İlin əvvəlində dövlət fondlarının biznesdəki portfeli 1 mlrd. 52.2 mln. manat idi. Öncəki ilin əvvəlində isə 1 mlrd. 213.3 mln. manat olmuşdu.
Qeyd edək ki, 1 dekabr 2023-cü il tarixinə bankların 12 mlrd. 421.2 mln. manat biznes krediti var. Bu da o deməkdir ki, dövlət fondlarının ümumi portfeldə payı 7.6 faizdir. Məsələn, bu 2022-ci ilin əvvəli 12.5 faiz, 2023-cü ilin əvvəli 9.7 faiz təşkil etmişdi.

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin necə işləyir?
"Freelance" nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
2026-ci ilin TOP-5 onlayn biznes ideyası