Azərbaycanda gömrük buraxılış məntəqələri ilə bağlı yeni layihələr hazırlanıb

Azərbaycanda gömrük buraxılış məntəqələri ilə bağlı yeni layihələr hazırlanıbGömrük-sərhəd buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, infrastruktur imkanlarının daha da genişlənməsi və maddi-texniki təchizat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində kompleks tədbirlər planımız var.
Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə deyib.
Azərbaycanda gömrük buraxılış məntəqələri ilə bağlı yeni layihələr hazırlanıbO, qeyd edib ki, ölkənin tranzit cəlbediciliyinin artırılması istiqamətində bir sıra gömrük-sərhəd buraxılış məntəqələrində rekonstruksiya və restavrasiya işlərinin aparılması nəzərdə tutulub:
"Komitə bütün gömrük-sərhəd buraxılış məntəqələrində yenidənqurma və bərpa işlərini dəstəkləyən bir sıra layihələri artıq hazırlayıb. Hazırda onların aidiyyəti dövlət orqanları ilə razılıq prosesi gedir. Bəzi layihələr demək olar ki, hazırdır. Zəngilan rayonu ərazisində yerləşən Ağbənd gömrük-keçid məntəqəsi ilə də bağlı proseslər hazırda razılaşdırılır. Komitənin gömrük-sərhəd buraxılış məntəqəsində tənzimləmə ilə bağlı standartları var. Bu standartlara uyğun olaraq layihəni hazırlayıb müvafiq prosedurlardan keçirməklə işləri davam etdiririk. Gömrük-sərhəd buraxılış məntəqələrinin hamısında yeni tendensiya olaraq daha çox buraxılış imkanlarının olmasını və sahəvi tənzimlənmənin qurulmasını nəzərdə tutumuşuq. Yeni layihələrimizi də müasir beynəlxalq standartlara uyğun qururuq. Beynəlxalq standartlarda təchizatla da bağlı normalar var. Bu normaları da nəzərə alırıq. Bunlar kompleks tədbirlərdir. Bütün bu tədbirlər yekunlaşdıqdan sonra, tikinti işləri həyata keçiriləcək. Artıq Xanoba gömrük-sərhəd buraxılış məntəqəsi istifadəyə verilib. İstəyirik ki, həmin tendensiyanı digər sərhəd-buraxılış məntəqələrində də həyata keçirək".
O, bildirib ki, bu layihələrin hazırlanması zamanı Orta Dəhliz üzərində yerləşən gömrük-sərhəd buraxılış məntəqələrinin yenidənqurma işləri prioritet hesab edilir:
"Ələt də bu dəhliz üzərində yerləşir. Ələtin infrastruktur imkanı kifayət qədər böyükdür. Orda gömrük-sərhəd buraxılış məntəqəsi var. Ora ilə də bağlı müəyyən yeni layihələrimiz olacaq. Eynilə Qırmızı-Körpü sərhəd buraxılış məntəqəsində də müəyyən infrastruktur layihələrimiz olacaq. Ümumiyyətlə mövcud infrastrukturu daha səmərəli tənzimləməyə cavab verən, daha çox buraxılış qabiliyyəti olan və sahəvi tənzimləmənin həyata keçirildiyi şəkildə formalaşdırmaq istəyirik. Bununla bağlı çoxlu layihələrimiz var. Hazırda onlar müəyyən razılaşdırma prosesdurlarındadır".
"Astarada modul tipli buraxılış məntəqəsi açılmışdı. Cənub-Astara gömrük postunun tikintisi ilə bağlı işlər həyata keçirilir. Onun layihəsi yekunlaşmaq üzrədir. Qırmızı-Körpü sərhəd-buraxılış məntəqəsinin yaxınlığında yerləşən "İpək yolu" - "Abreşumis Qza" gömrük postu layihəsi də var. O layihə ilə də bağlı mütəmadi Gürcüstan tərəfi ilə görüşürük. Layihənin texnoloji cəhətdən işə düşməsi ilə bağlı tələblər var. Çünki iki gömrük orqanı, yəni həm Gürcüstan, həm Azərbaycan gömrük orqanları eyni baxış altında işlər həyata keçirəcək. Ona görə də bu istiqamətdə gələcəkdə müəyyən işlərimiz olacaq", - deyə C.Quluzadə əlavə edib.
© APA / marja.az

Maliyyə     Tarix: 07 iyun 2024

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler avtomobil xeberleri dollar məzənnəsi kripto biznes krediti