Azərbaycanda ilk "Faktorinq Klubu"nu yaradılıb

Azərbaycanda ilk Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" ölkənin ilk "Faktorinq Klubu"nun rəsmi açılış mərasimini keçirib.
Marja.az Banka istinadən xəbər verir ki, Martın 1-də baş tutan tədbirdə 20-dən çox iri biznes şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Azərbaycanda ilk "Faktorinq Klubu"nun yaradılmasında əsas məqsəd alıcı şirkətlər, onların təchizatçıları və "PAŞA Bank" arasında qarşılıqlı biznes əlaqələrini genişləndirmək, kiçik və orta sahibkarların faktorinq məhsulundan daha çox faydalanması üçün şərait yaratmaq və bununla da bazarda rəqabət üstünlüklərini gücləndirməkdir.
Tədbirdə çıxış edən "PAŞA Bank"ın İdarə heyəti sədri və Baş icraçı direktor Cavid Quliyev bildirib ki, real sektorun inkişafını hədəfləyən bir maliyyə institutu olaraq, Bank Azərbaycanda sağlam və innovativ maliyyə ekosisteminin formalaşdırılmasına sadiqdir.
"Bu gün "PAŞA Bank" Azərbaycan bazarında yeganə bankdır ki, öz müştəriləri üçün rəqəmsal faktorinq xidmətləri göstərir. Yaradılan çoxsahəli ekosistem, müştərilərimizin maliyyə effektivliyini artırmaqla yanaşı, rəqəmsal həllərlə iş proseslərini optimallaşdırır və bazarın daima dəyişən tələblərinə sürətlə uyğunlaşmaq imkanını təmin edir. Əminəm ki, "PAŞA Bank"ın yaratdığı "Faktorinq Klubu" bizneslər və xidmət təminatçılarını bir araya gətirən, sahibkarların fəaliyyətinə və ölkəmizin iqtisadiyyatının dayanıqlı inkişafına əlavə dəyər qatan platforma olacaqdır", - deyə, C. Quliyev bildirib.
Qeyd edək ki, "PAŞA Bank" 2014-cü ildən etibarən ölkədə faktorinq xidmətləri göstərir. Xidmətdən yalnız "PAŞA Bank"ın müştəriləri deyil, ölkədə fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da istifadə edə bilər.
Faktorinq məhsulunun bütün üstünlükləri haqqında ətraflı məlumat almaq və onlayn müraciət forması üçün bu linkə keçid alın.

Banklar     Tarix: 05 mart 2024

Oxşar xəbərlər

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler valyuta mezennesi biznes ideyalari dollar kursu bitcoin