Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır - FOTOLAR

Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır - FOTOLARAzərbaycanın biznes mühitində innovativ yanaşmaları ilə seçilən kompleks - "Biznes Park Abşeron" istifadəyə verilir. Qeyd edək ki, layihə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilir və burada sahibkarlar üçün innovativ, funksional biznes mühiti yaradılmaqla yanaşı, yerli və beynəlxalq investorların diqqətini cəlb edən strateji imkanlar təqdim edilməkdədir. Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən Biznes Park, Azərbaycanın ilk və ən böyük özəl biznes kompleksi olaraq, ölkədə sahibkarlıq mühitinin güclənməsinə və iqtisadi inkişaf strategiyasına mühüm töhfə verəcək.
FED.AZ xəbər verir ki, "Biznes Park Abşeron" rezidentlər üçün qapalı, yarımqapalı istehsal və anbar sahələri təklif edir. Rezidentlər, bu sahələri icarəyə götürərək öz məhsullarını Azərbaycan bazarında satışa çıxara və eyni zamanda digər ölkələrə ixrac edərək bizneslərini genişləndirə bilərlər. Bu isə biznes fəaliyyətlərinin sürətli və rahat həyata keçirilməsinə şərait yaradır. 24/7 təhlükəsizlik nəzarəti parkda fəaliyyət göstərən şirkətlərin fasiləsiz və təhlükəsiz işləməsini təmin edəcək.
Biznes Parkın ərazisi strateji mövqeyi ilə seçilir. Yaxınlığında Abşeron Logistika Mərkəzi, Abşeron gömrük postu və dəmir yolu yük stansiyasının yerləşməsi logistika əməliyyatlarının sürətli və səmərəli həyata keçirilməsinə şərait yaradır. Burada, gömrük və broker xidmətləri, beynəlxalq və daxili yükdaşıma, eləcə də tranzit multimodal əməliyyatlar kimi əlavə xidmətlər də təklif olunur.
O cümlədən, Abşeron Ticarət Mərkəzi və digər böyük ticarət mərkəzlərinin də bu ərazidə yerləşməsi ticarət şəbəkəsinin effektiv qurulmasına və idarə olunmasına da əlverişli imkan yaradır. Bir ekosistem daxilində fəaliyyət göstərən şirkətlər bir-biri ilə əməkdaşlıq edərək daha güclü təchizat və satış şəbəkələri formalaşdıra, innovativ texnologiyalardan istifadə edərək rəqabət qabiliyyətlərini artıraraq yeni bazarlara çıxış əldə edə bilirlər.
Rezident olmaq üçün əlaqə: +994 50 555 52 52, +994 12 404 76 00

Biznes     Tarix: 13 oktyabr 2025

Oxşar xəbərlər

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler bitkoin biznes krediti emlak xeberleri iqtisadiyyat xeberleri