"Azərbaycanda kredit faizləri qonşu ölkələrdən çox aşağıdır" - Mərkəzi Bankın sədri
Azərbaycanda kredit faizi hüquqi şəxslər üzrə 10,1%, fiziki şəxslər üçün isə 16,1 %dir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, bu, Gürcüstanda hüquqi şəxslər üçün 14%, fiziki şəxslər üçün 18,6 %-dir: "Bizdə kredit faizləri qonşu ölkələrdən çox aşağıdır. Kredit faizləri bir neçə amildən formalaşır. Yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılması məqbul hesab edilmir. Bu, inflyasiyanı kəskin artıra bilər. Bu da makroiqtisadi göstəricilər üçün qəbul edilən deyil. AMB-nin proqnozlarına görə, bu ilin sonuna kimi inflyasiya 8,3% olacaq".
© APA / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
1000 manatla hansı biznesi qurmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Necə Bitcoin almaq olar?
"Freelance" nədir?