Azərbaycanda kredit kartları ilə verilən kreditlər bahalaşıb
2025-ci ilin son rübündə istehlak kreditləri üzrə orta faiz dərəcələrində kiçik dəyişikliklər müşahidə olunub.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit kartları vasitəsilə verilən kreditlərin orta faizi ötən ilin IV rübündə 25%-dən 26%-ə yüksəlib.
Məlumat üçün bildirək ki, kredit kartlarının sayı 2025-ci il ərzində 8% azalaraq 2.08 milyon ədədə düşüb. Bu azalma Mərkəzi Bankın 2025-ci ilin ikinci yarım iliyindən sonra qəbul etdiyi yeni qaydalardan sonra baş verib. Mərkəzi Bank kredit kartları üzrə borclanmanı məsuliyyətli etmək məqsədilə limitləri sərtləşdirib.
Yeni qaydaya əsasən, təminatsız kredit xətləri borcalanın xalis gəlirinin maksimum 5 mislini keçə bilməz. Bununla belə, bu limit bütün banklarda ümumi məbləğə şamil olunur, depozit və girovlu kreditlər isə istisnadır.
Məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi eyni səviyyədə qalaraq 26% olaraq qalıb.
Yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə faiz dərəcəsi 17%-dən 18%-ə artıb.
Avtomobil kreditlərinin orta faizi əvvəlki rüb kimi 13% səviyyəsində stabilliyini qoruyub.
Digər istehlak kreditlərinin orta faizi isə 21%-dən 22%-yə yüksəlib.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?