Azərbaycanda Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemi yaradılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini (MQRS) yaradıb.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Məlumata görə, qurum bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə sistemin test rejimində fəaliyyətinin yoxlanılması və ilkin mərhələdə məhdud funksionallıqla istifadəyə verilməsi ilə bağlı təqdimat keçirib. Təqdimat zamanı MQRS-nin hazırkı mərhələdə fəaliyyət mexanizmi, funksionallığı, habelə sistem vasitəsilə toplanılması nəzərdə tutulan məlumatların əhatəsi ətraflı müzakirə edilib.
Bundan başqa, kredit təşkilatlarının MQRS-ə inteqrasiyasını məqsədilə müvafiq texniki spesifikasiya hazırlanaraq sektor iştirakçılarına nümayiş etdirilib, bazar iştirakçılarına MQRS-ə inteqrasiya üçün zəruri texniki tədbirləri müəyyən edilmiş müddətdə yekunlaşdırmaq bildirilib. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?