Azərbaycanda ötən il əhalidən banklara böyük həcmdə nağd dollar axını olub – SON İLLƏRİN REKORDU

Azərbaycanda ötən il əhalidən banklara böyük həcmdə nağd dollar axını olub – SON İLLƏRİN REKORDUAzərbaycanda banklar tərəfindən 2025-ci ildə əhalidən cəlb olunan nağd ABŞ dollarının həcmi onlara satılandan təqribən 318.2 mln. ABŞ dolları çox olub. Banker.az xəbər verir ki, bu, əhali tərəfindən banklara nağd dollar axınının davam etdiyini göstərir və 2005-ci ildən etibarən qeydə alınan rəsmi statistikaya əsasən, indiyədək müşahidə olunan ən böyük həcmli əks istiqamətli axındır.
Halbuki, 2024-cü ildə vəziyyət əksinə olub — 1 mlrd. 526.3 mln. ABŞ dolları məbləğində nağd dollar axını banklardan əhali tərəfə qeydə alınmışdı.
2025-ci ildə bankların əhaliyə satdığı nağd ABŞ valyutasının həcmi illik 45% azalaraq 1 mlrd. 767 mln. ABŞ dolları təşkil edib, əhalidən aldıqları isə illik 26% artaraq 2 mlrd. 85.2 mln. ABŞ dollarına yüksəlib.
2025-ci ildə əhaliyə ən çox dollar satılan ay yanvar (294.2 mln. ABŞ dolları), ən az satılan ay isə noyabr (94.3 mln. ABŞ dolları) olub. Əhali tərəfindən nağd dolların banklara ən çox satıldığı ay iyun (230.1 mln. ABŞ dolları), ən az satıldığı ay isə mart (112.7 mln. ABŞ dolları) olub. Həmin ilin mart ayınadək banklardan əhali istiqamətində nağd dollar axını müşahidə olunsa da, apreldən ilin sonunadək bütün aylarda əhali tərəfindən banklara nağd dollar axını davam edib və ümumi həcm 536.81 mln. ABŞ dolları təşkil edib.
Nəticədə orta konvertasiya məzənnəsi 1 dollar üçün 1.6985 manata düşüb ki, bu Mərkəzi Bankın müəyyən etdiyi rəsmi 1.7000 manat məzənnəsindən 0.09% aşağıdır.
Azərbaycanda ötən il əhalidən banklara böyük həcmdə nağd dollar axını olub – SON İLLƏRİN REKORDUAzərbaycan Mərkəzi Bankı faiz dərəcəsinə dair son dekabr iclasında bildirib ki, cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün ümumilikdə vəziyyət stabildir. 2025-ci ilin yanvar–noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışı 393 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi, məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına çatıb.
Azərbaycanda ötən il əhalidən banklara böyük həcmdə nağd dollar axını olub – SON İLLƏRİN REKORDUBununla belə, valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları, yaxud ÜDM-in 5.4%-i həcmində profisit formalaşıb. CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisiti hesabına yaranıb. Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən illə müqayisədə müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Banklar     Tarix: 30 yanvar 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler kripto bu gunun xeberleri rubl mezenne investisiya