Azərbaycanda premium benzin ABŞ-dan baha satılır – Qiymətlər niyə endirilmir?

Azərbaycanda premium benzin ABŞ-dan baha satılır – Qiymətlər niyə endirilmir?BANKER.AZ — Azərbaycanda yalnız Aİ-92 markalı avtomobil benzini istehsal etdiyindən oktanı 95 və 98 olan benzinləri xaricdən alır.
Bu səbəbdən də ölkədə yalnız Aİ-92 benzinin qiyməti dövlət tərəfindən –  Tarif Şurasının qərarına bağlıdır və hər litr üçün hazırda 1 manat qiymətə müəyyən yanacaqdoldurma məntəqələrində satılmaqdadır.
Lakin idxal edilən "premium" və "super premium" markalı avtomobil benzinlərinin qiyməti normalda neftin qlobal birjalardakı qiymətinə bağlı olmalıdır. Bu səbəbdən də, bu iki yuxarı oktanlı benzinlərin qiymətləri neftin qiymətləri artarkən sinxron olaraq artır. Azalarkən də azalır. Amma neft qiymətləri son aylarda ucuzlaşsa da, premium benzinin qiymətləri düşmədi.
2022-ci ildə Rusiya-Ukrayna müharibəsi şokundan neft qiymətləri son 14 ilin maksimumuna qalxdı. Məsələn, Brent markalı xam neftin bir barreli 2022-ci ilin martından $100-ün üzərinə çıxdı və hətta $140-a qədər bahalaşmışdı. Sonradan qiymətlər tədricən enməyə başladı. 2022-ci ilin avqustundan başlayaraq Brentin bir barreli $100-ün altına düşdü. 2022-ci ilin noyabrından Brentin barreli $90-nın altında ticarət olunur. 2023-cü ilin martında bir barrel $75-$85 aralığında dəyişir.
Azərbaycanda bu iki markada benzinin idxalı bahalaşdığı üçün qiymətləri 2022-ci ilin iyulunda hər litr üçün 1.6 manatdan 2 manata qədər bahalaşmalı oldu.
Qeyd edilən tarixdən bu tərəfə neftin qiyməti 27-30% ucuzlaşmağına rəğmən Azərbaycanda qiyməti "birbaşa" neftin qlobal dəyərinə bağlı olan "premium" və "super premium" markalı benzinlərin qiymətləri dəyişməyib.
ABŞ-da 95 oktanlı "premium" benzinin qiyməti 13 mart 2023-cü il tarixinə hər qalon üçün 3.778 dollar təşkil edir. Bu, bir litrinin qiyməti 0.998 dollar olması deməkdir ki, indiki məzənnə ilə 1.70 manatdan aşağıdır. Almaniyada 1.90 dollar/litr, Rusiyada 0.681 dollar/litr, Rumıniyada 1.454 dollar/litr, Türkiyədə isə 1.08 dollar/litr qiymətinə pərakəndə ticarət olunmaqdadır.
Hər iki marka benzini ölkəyə gətirən SOCAR-ın törəmə şirkəti olan "SOCAR Petroleum" şirkətidir. Bu şirkət ötən il bildirmişdi ki, hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9 faizi "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin payına düşür.
Uzun müddətdir SOCAR-ın Neft Emalı Zavodu "avro 6" standarta keçəcəyi və yüksək oktanlı benzinlərin istehsalına növbəti ildən başlayacağını bildirsə də, bu, hələki yalnız Aİ-92-nin istehsalı ilə mümkündür.
Azərbaycan ötən il hətta öz NEZ-nin fəaliyyətini müvəqqəti təmir adı ilə dayandırmış və Türkmənistan, Rusiya və Qazaxıstandan avqust ayına qədər Aİ92 benzini almışdı. Aİ-92 idxalı 198 790 ton, yaxud $223.46 mln. həcmində idi.
Qiymətlərin bahalaşması idxala xeyli təsir edib. Belə görünür ki, sürücülər indi 95 oktan standartında olan benzin mühərriklərin qiymət artımı səbəbindən onları yerli və litri 1 manat olan Aİ-92 ilə əvəzləyir. Belə ki, Azərbaycan 2022-ci ildə kəskin bahalaşan "premium" və "super" markalı benzinlərin idxal həcmini kəskin azaldıb. Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ildə 99 491 ton, yaxud orta istilikdə 133 724 litr həcmində 95 markalı "premium" markalı avtomobil benzini idxal edib.  İdxal edilmiş 95 markalı benzinin idxal dəyəri $102.54 mln. təşkil edib. Benzinin idxalı 2021-ci illə müqayisədə miqdar baxımdan 33% azalıb. Benzin əsasən, Rusiya, Bolqarıstan, Rumıniya və Türkmənistandan idxal edilib.
Xaricdən 95 markalı benzinin hər tonu 2021-ci ildə $754 ( 0.57 $/litr) olduğu halda, 2022-ci ildə artaraq $1 031 (0.78 $/litr) olub. Bu, öncəki illə müqayisədə hər tonun $277 baha, yaxud 37% baha olması deməkdir. Bir qədər yuxarı sinif "super" markalı və oktanı 98-dən çox olan avtomobil benzinin idxal həcmi isə 38% azalaraq 1 671 ton təşkil edib ki, bu da cəmi $2.05 mln.-luq idxaldır. 98 oktanlı benzinin bir tonu Azərbaycana 2021-ci ildə $892 olduğu halda, 2022-ci ildə $1 228 təşkil edib. Bu da öncəki ildən 38% bahadır.
Premium benzin üçün, 1000 litr =0.755 ton

Xəbərlər     Tarix: 16 mart 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları


iqtisadi xeberler dollar məzənnəsi birbank biznes ideyalari bu gunun xeberleri