Azərbaycanda rəqəmsal kredit tarixçəsi platforması istifadəyə verilib
"Azərbaycan Kredit Bürosu" MMC (Büro) yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platformasını (FINDOC) istifadəyə verib.
Banker.az xəbər verir ki, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platforma, şəxslərin özləri barədə məlumatlara əlçatanlığının artırılmasına xidmət edir.
Müvafiq platformadan qeydiyyatdan keçərək SİMA və yaxud ASAN imza ilə razılıq ərizəsini imzalamaqla istifadəçilər özləri barədə Büroda toplanmış məlumatlara rəqəmsal çıxış əldə edir. Platformada qeydiyyatdan keçən şəxslər kredit hesabatına baxış, skor hesabatına baxış, kredit hesabatının PDF formatında əldə edilməsi, kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi və kredit hesabatının Büronun elektron poçtundan digər e-poçt ünvanına yönləndirilməsi xidmətlərindən yararlana bilərlər.
Kredit tarixçəsi və skor hesabatı istifadəçilərə ildə 2i dəfə ödənişsiz təqdim edilir. Limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və yaxud daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Ödənişlər platforma üzərindən – nağdsız aparılır. Platforma real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və ilkin olaraq "Beta" versiyada istifadəyə verilib. Xidmətə qoşulmaq üçün:
"Azərbaycan Kredit Bürosu" 15 yanvar 2018-ci il tarixində yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur. Hazırda Büroya qoşulmuş təşkilatların sayı 200-dən artıqdır.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?