Azərbaycanda sığortanın onlayn alınması üçün daha bir mobil tətbiq istifadəyə verildi
"Qarant Sığorta Agenti"nin yeni hazırlanmış mobil tətbiqinin təqdimat mərasimi keçirilib.
"Qarant Sığorta Agenti" MMC-nin icraçı direktoru Abbas Məmmədov mobil tətbiq barədə məlumat verib.
Bildirilib ki, "Qarant Sığorta Agenti" ilə sığortanın onlayn əldə olunması daha da asanlaşıb. Artıq sığortanın onlayn alınması üçün cəmi bir neçə dəqiqə sərf olunur. Bunun üçün sadəcə olaraq "Google Play Store" və "Apple Store"dan "garantsigorta" mobil tətbiqini yükləmək kifayət edir.
"Qarant Sığorta Agenti" MMC ilə vǝtəndaşlar, sığorta şirkətlərinə getmədən və növbə gözləmədən nəqliyyat vasitələrinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası və səyahət sığortası kimi sığorta növlərini onlayn şəkildə əldə edə biləcəklər.
Əlavə üstünlük olaraq müştərilər heç bir abunə haqqı ödəmədən, nəqliyyat vasitələrinin cərimələrinin yoxlanılmasını və ödənilməsini rahat şəkildə həyata keçirə biləcəklər.
Bu tip sığorta həm səyahətçini, həm də məsuliyyətli işgüzar səfərdə olan şəxsləri qorumağa xidmət edir. Xaricdə sığortaya ən gözlənilməz anda ehtiyac yarandığı halda bunun üçün təkcə şirkətə müraciət etmək kifayətdir.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?