Azərbaycanda "Stop-Kredit" istifadəyə verilib

Azərbaycanda Azərbaycanda vətəndaşlar öz adlarına kredit götürülməsinə qadağa qoya bilir.
Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən hazırlanmış rəqəmsal kredit tarixçəsi platforması olan Findoc portalında (Portal) yeni "Stop-Kredit" xidməti istifadəyə verilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni xidmət Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) tərəfindən 25 iyun 2026-cı il tarixində təsdiqlənmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na edilən dəyişikliklərə əsasən, məsafədən göstərilən maliyyə xidmətlərində risklərin minimallaşdırılması və istehlakçıların hüquqlarının qorunması üçün vətəndaşlara rəqəmsal kanallar vasitəsilə istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək hüququ tanınması məqsədilə hazırlanmışdır.
"Stop-Kredit" xidməti vətəndaşlara öz adlarına rəqəmsal kanallar vasitəsilə məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək imkanı yaradır.
Xidmətdən yararlanmaq üçün vətəndaşların Findoc portalına və ya mobil tətbiqinə daxil olaraq şəxsi kabinetləri vasitəsilə müvafiq funksionallıq üzərindən sorğu yerləşdirmələri kifayətdir. AMB tərəfindən qaydalarda edilmiş müvafiq dəyişikliklərə əsasən isə 1 oktyabr 2026-cı il tarixindən etibarən kredit təşkilatları tərəfindən məsafədən kredit rəsmiləşdirilməsindən öncə müvafiq məhdudiyyətin mövcudluğu yoxlanılmalı və yalnız məhdudiyyət olmadığı halda kreditləşmə həyata keçirilməlidir.
"Stop-Kredit" xidmətini vətəndaşlar Portal üzərindən ləğv etmək və ya yenidən aktivləşdirmək imkanına malikdirlər.  
Qeyd edək ki, Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və hazırda Portalda qeydiyyatdan keçmiş şəxslərin sayı 225 mindən artıqdır.  
Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 300-dən artıqdır. / marja.az

Banklar     Tarix: 09 oktyabr 2026

Oxşar xəbərlər

Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb

Azərbaycanda ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda bankla

Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir

Rusiyada "Freedom" şirkətlər qrupu ilə əlaqəli qiymətli kağızlara investisiya yatıran qapalı investisiya fondunun payçıları Rusiya Mərkəzi Bankına və prokurorluğa müraciət ediblər. Narazılığa səbəb fond paylarını

ABB-də daha bir baş direktor təyinatı

ABB-də rəhbər vəzifəyə daha bir təyinat olub. Bankın Ofis rəhbəri Mehmet Ali Savaş ABB-nin Baş direktoru təyin edilib. xəbər verir ki, Mehmet Ali Savaş Türkiyənin Işık Universitetində Management Information Systems ixtisas

Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq

Oktyabrın 2-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Düny

"Standard Chartered": Hörmüzdən neft axını hələ normallaşmayıb

Yaxın Şərqdən neft ixracı müharibədən əvvəlki səviyyələrə yaxınlaşsa da, Hörmüz boğazından birbaşa keçən neft həcmi hələ də əvvəlki göstəricilərdən xeyli aşağıdır. Böyük Britaniyanın bank və maliyyə xidmətləri qrupu "Standar

"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək

Qlobal maliyyə bazarlarına çıxışı daha rahat və əlçatan edən Yelo Bank investisiya etmək istəyən müştəriləri üçün xüsusi imkan təqdim edir. Bankın rəqəmsal Yelo Invest xidməti çərçivəsində "Parlaq İnvestisiya Həftəsi"n

Azərbaycanda "Stop-Kredit" istifadəyə verilib

Azərbaycanda vətəndaşlar öz adlarına kredit götürülməsinə qadağa qoya bilir. Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən hazırlanmış rəqəmsal kredit tarixçəsi platforması olan Findoc portalında (Portal) yeni "Stop-Kredit"

AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World"


iqtisadi xeberler telefonla pul qazanmaq en son xeberler avtomobil xeberleri biznes krediti