Azərbaycanda tender qanunsuzluğu ilə üzləşirdi – Kanadaya köçüb Yeni Brend Yaratdı - ŞƏHƏR MERİ ONU TƏRİFLƏDİ - VİDEO

Azərbaycanda tender qanunsuzluğu ilə üzləşirdi – Kanadaya köçüb Yeni Brend Yaratdı - ŞƏHƏR MERİ ONU TƏRİFLƏDİ - VİDEOAzərbaycanda bir neçə il əvvəl dövlət satınalmalarında, tanınmış iş adamı Kanadaya köçərək burada yeni biznesə başlayıb və tanınmış restoran brendi yaradıb. Qısa müddətlə sürətlə populyarlaşan brendin artıq bütün Kanadada yayılması planları hazırlanır.
Söhbət Azərbaycanın "Neyron Texnolociz" şirkətinin sahibi, indi isə həm də Kanada da "Tasto" brendinin yaradıcısı İsmayıl Ələkbərovdan gedir.
"Tasto" – Kanada bazarında, bu ölkəyə köçüb gəlmiş azərbaycanlı iş adamları tərəfindən yaradılan yeni breddir. FED.az xəbər verir ki, "Testo"nun yaradıcıları İsmayıl Ələkbərov və Mehman Fərziyevdir.
2 il əvvəl Kanadaya köçən İsmayıl Əlkbərov FED.az-a bildirib ki, o və ortağı hazırda bir neçə sahədə fəaliyyət göstərirlər.
"Mən özüm müxtəlif sahələrdə işləmişəm, indi də işləyirəm, burada daşınmaz əmlak sahəsində də məşğulam, və artıq süğorta agenti kimi də lisenziyanı alıb və sığorta brokeri də yaratmaq niyyətindəyəm. Mehman Ferziyev isə eyni zamanda rieltordur, həm də tikinti şirkəti var".
İsmayıl Ələkbərov həm də yerli unversitetdə müəllim kimi çalışır, biznesin və şirkətin idarə edilməsi fənni üzrə dərs deyir.
İsmayıl Əlkbərov FED.az-a bildirib ki, pandemiya dövründə qida sektorunda yaranan çətinliklər həm də yeni imkanlar yaradıb. Bundan başqa hər iki iş adamının bu sahəyə – restoran, mobil qida, fast-fut sektorun marağı olub. "Həm də gördük ki, Kanada bazarında böyük imkanlar var, burada əhali sayı sürətlə artır və insanların keyfiyyətli xidmətlərə ehtiyacı var. Buna görə də belə bir işə başlamağı qərara aldıq".
Yeni yaradılan şirkət tezliklə uğur qazanaraq məşhurlaşıb, iş adamları bunun belə tez baş verəcəyini gözləmirdilər: "Biz bilirdik ki, uğur qazanacağıq, amma Kanada kimi böyük ölkədə və rəqabətli bazarda "Testo" brendinin bu qədər populyar olacağını bilmirdik".
"Tasto" - yük avtomobilinin üzərində quraşdırılan, fast-fud və restoranın qarışığı olan yeni konsepitdə restorandır: "Təsəvvür edin iri yük avtomobilində pəncərələr açılır və o mobil bir restorana çevrilir".
"Tasto" ənənəvi restoranda olan bütün avadanlıqlar və şəraitlə təmin edilib. Burada 3 əl yuma yeri, avtomatik yanğın söndürmə sistemi, elektrik, su və tullantıların yığılması sistemi quraşdırılıb. Artıq belə səyyar restoranların sayı getdikcə çoxalır.
İsmayıl Ələkbərov bildirir ki, qarşıdakı planlarda "Tasto" brendinin "Makdonalds" və "KFC" kimi restoranlar şəbəkəsinin yaradılması nəzərdə tutulur. Yeni restoranlar gələn ildən açılacaq, gələcəkdə isə françayzinqinin yaradılması və müxtəlif ölkələrdə satışı  planlaşdırılır.
"Yəni biz istəyirik ki, gələcəkdə Amerikada, Avropa ölkələrində, hətta Azərbaycanda da "Tasto" brendi adı altında şəbəkə fəaliyyət göstərsin. Amma ilk növbədə Kanadada özünü tam təsdiq etməlidir ki, onu digr ölkələrə necə deyərlər, ixrac edə bilək. Bəli, bu, Kanada markasıdır, Azərbaycanla bir bağlılığı yoxdur, amma azərbaycanlılarındır, ona görə də hamımız onunla qürur duya bilərik".
"Tasto" əsasən fast-fud seqmentinə aid qidalara satıır amma iş adamı bildirir ki, burada Azərbaycan mətbəxinin nümunələrini də təqdim etmək niyyətindədirlər.
"Gələcəkdə burada Azərbaycan qutabının də satışı və dünyaya tədimatı nəzərdə tutulur. Təsəvvür eləyin ki, dünyanın bir yüz ölkəsində necə gedib McDonaldsdan BigMAC, burger alırsınız, təsəvvür elə ki, Braziliyadan tutmuş, Yaponiyaya, Amerikadan tutmuş, Afrikaya qədər belə bir şəbəkələrdə "qutabio" adı altında, maraqlı bir brend adı altında bizim göy, ət, pendir və digər qutablarımız da təqdim ediləcəka. Bir qida məhsulunu dünyaya tanıtmaq əlbəttə asan deyil, amma bunu edə bilərik".
"Tasto" brendi ilə bağlı görülən işlər nəticəsində şirkət elə məşhurlaşıb ki, artıq Toronto kimi böyük şəhərdə də tanınır. Restoranın daimi müştəriləri arasında tanınmış şəxslər, o cümlədən Torontonun meri də var. "Toronto Şimali Amerikanın ən böyük şəhərlərindən biridir. Burada 6-7 milyon nəfər yaşayır. Şəhərin meri Con Torri Kanadada hamının böyük hörmət etdiyi və sevdiyi bir siyasətçidir. Onun nüfuzu Kanada baş naziri ilə müqayisə olunacaq dərəcədədir, hətta ölkə rəhbərindən çox sevilir. O bizimlə dostdur və gəlib bizim "Tasto" brendinə xeyir-dua verdi. O istəyir ki, bizim brendimizi Kanadanın bir nömrəli, milyvardlıq şirkətinə çevirək. Çünki görür ki, bizim işlərmiz yaxşı getdikcə Kanadaya ödədiyimiz vergilər də artır. Eləcə də öz işimizlə Torontonun inkişafına tövhə veririk".
Bir neçə gün əvvəl Con Torri restorana gələrək buranı 1 nömrəli yer adlandırıb və paylaşımlar edib.
"Təkcə o deyil Kanadanın tanınmış məşhur simaları da gəlib "Tasto"da yemək yeyirlər. Buranı bəyənirlər və xüsusil olaraq buradan şaurma alır və qayıdır işinə, hansı ki, bunlar böyük adamlardırlar və istənilən restoranda nahar edə bilərlər". 
İsmayıl Ələkbərov bildirir ki, təsisçiləri "Tasto"nu dünya markasına çevirmək niyyətindədirlər. "Hələlik dünyada Azərbaycanlı tərəfindən yaradılan dünya şöhrətli belə bir brend yoxdur, biz "Testo"nu belə bir brendə çevirmək istəyirik. Onun minlərlə bölmələri,  filialları olacaq və onunla biz Azərbayanı da təbliğ edəcəyik".
Yeri gəlmişkən, artıq "Tasto"nun françayzinqini almaq istəyənlər var və şirkətə bununla bağlı müraciətlər edilir: "Artıq bizə françayzinq üçün müracit edirlər, ABŞ-dan françayziqini istəyiblər, amma biz tələsmirik ki, əvvəlcə bütün məsələləri qaydasına qoymalıyıq".

Biznes     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası təşki

Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu

1-3 may tarixlərində Bizon Diamond brendinin sponsorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasının möhtəşəm ab-havasında ölkənin ən gözlənilən moda hadisəsi — Baku Fashion Week baş tutub.  biznes və maliyyə xəbərləri portal

Azərbaycanlı milyarder 1 gündə 51 milyon dollar itirdi

Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvətində dəyişiklik qeydə alınıb. Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir.   biznes və maliyyə xəbərlər

McDonald's Azərbaycan şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO

McDonalds Azərbaycan və Dövlət Sosial Müdafiə Fondu (DSMF) şəhid və qazi ailələrinin uşaqları üçün təşkil olunan birgə tədbirilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü yenidən birlikdə qeyd ediblər. McDonalds-ın Şüvəlan qəsəbəsind

Azərbaycanda 2 şirkət "Təbii inhisar subyektlərinin Siyahısı"ndan çıxarılıb

Nazirlər Kabineti 1 avqust 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda dəyişiklik edib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Baş nazir Əl

Trendyol və PAŞA Holding-in dəstəyi ilə gənc qadınlar üçün süni intellekt düşərgəsi keçirilib - FOTOLAR

Qadınların süni intellekt sahəsində iştirakı son illərdə texnoloji inkişafın əsas müzakirə mövzularından birinə çevrilib. Fərqli baxış bucaqlarının innovasiyanın keyfiyyətinə birbaşa təsir etdiyi vurğulandıqca, bu sahəd

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

Azərbaycan ərazisi ilə Ermənistana yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir. Azərbaycan Ermənistana 887 ton dizel göndərib - FOTO.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə apreli

Tahir Rzayev: "Dövlətin bazara müdaxiləsi ciddi problemlər yarada bilər"

Bu gün dövlətin bazara müdaxiləsi yolverilməzdir, çünki ciddi problemlər yarada bilər. "7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov .  biznes və maliyyə xəbərləri portal

"AZZA"ya yeni rəhbər təyin edilib - DETALLAR

Azərbaycanda şirniyyat evi olan "AZZA"ya yeni rəhbər təyin edilib. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, Nəriman Hüseynov Eldar oğlu "AZZA" QSC-yə yeni rəhbə


iqtisadi xeberler pul qazanmaq kripto bitkoin almaq online pul qazanmaq