Azərbaycanda vahid inkasassiya mərkəzi yaradıla bilər
Azərbaycanda vahid inkasassiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılıb.
Bu barədə "Azərbaycan Banklar Asossiyasiyası" (ABA) İctimai Birliyinin məlumatında bildirilir.
Məlumata görə, ABA-da vahid inkasassiya mərkəzinin yaradılması ilə əlaqədar İşçi Qrupun iclası baş tutub. İclasda bu sahədə Türkiyədə fəaliyyət göstərən "Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri" Anoniş Şirkətinin nümayəndələri, İşçi Qrupda təmsil olunan bir neçə bankların nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri iştirak edib. Görüşdə vahid inkasassiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılıb, "Bantaş" təqdimat edib, bankların rəy və təklifləri dinlənilib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Kriptovalyuta nədir?