Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı 22 mini keçib

Azərbaycanda xarici investisiyalı şirkətlərin sayı 22 mini keçib2023-cü ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.489.737 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Marja.az-ın Dövlət vergi Xidmətinə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7 faiz, hüquqi şəxslərin sayı isə 9,2 faiz artıb.
2023-cü ilin oktyabr ayının 1-nə  kommersiya qurumlarının sayı 172.410 vahid təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,8 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,4 faiz artım qeydə alınıb.
2023-cü ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 33.793 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artım deməkdir.
2023-cü ilin 9 ayında 11.868 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,2 faizi yerli investisiyalı, 12,8 faizi isə xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,2 faizi elektron qaydada qeydiyyata alınmışdır. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,9 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2023-cü ilin 9 ayında 1.651 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. 
2023-cü ilin 9 ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 22,5 faiz artıb.
2023-cü ilin oktyabr ayının 1-nə 22.004 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artıb.

Maliyyə     Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb


iqtisadi xeberler bank faizleri biznes qurmaq bitkoin valyuta xeberleri