Azərbaycanda yerli və beynəlxalq şirkət rəhbərlərinin Zirvə toplantısı tədbiri - KEÇİRİLƏCƏK

Azərbaycanda yerli və beynəlxalq şirkət rəhbərlərinin Zirvə toplantısı tədbiri - KEÇİRİLƏCƏK15 noyabr 2022-ci il tarixində ölkəmizdə ilk dəfə olaraq yerli və beynəlxalq şirkətlərin Baş icraçı direktorları, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən "Baku International CEO Summit" tədbiri baş tutacaq. Tədbirin təşkilatçısı Azərbaycan HR İnstitutudur.
Bakıda Çin şirkətlərinin möhtəşəm sərgisi başlayır - BAKI EKSPO MƏRKƏZİ
FED.az xəbər verir ki, təşkilatçının yaydığı məlumatda bildirilir ki, "Baku International CEO Summit" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan "Milli prioritetlər"dən birincisi "Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat" prioritetinə əsaslanaraq ölkəmizdə korporativ idarəetmənin daha da gücləndirilməsi üçün "Daha yaxşı gələcək naminə" şüarı ilə həyata keçiriləcək.
Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov tədbirin təşkili ilə bağlı məlumat vermişdir:
"Bu miqyaslı tədbiri keçirməkdə məqsədimiz yerli və beynəlxalq şirkət rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxslərinin öz təcrübələrini bir-biriləri ilə paylaşmasına imkan yaratmaq, o cümlədən dünyada idarəetmə sahəsində baş verən yenilikləri qlobal şirkət nümayəndələrin dilindən eşitməkdir. Hal-hazırda yerli və qlobal şirkətlərin rəhbərləri ilə danışıqlarımız davam edir. Onların bu tədbirə maraq göstərməsi və təcrübələrini paylaşmaq istəkləri bizim üçün sevindirici haldır. Tədbir 3 paneldən ibarət olacaq. Hər panelin mövzusu 1 moderator və 4 əsas spiker tərəfindən təqdim ediləcək. Panellərdə həm yerli və beynəlxalq, həm də dövlət qurumlarının rəhbərləri çıxış edəcəkdir. Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, rəqəmsal transformasiya, yeni müştəri portreti və onun davranışları və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar." 
"Baku International CEO Summit" tədbirində iştirak etmək üçün biletləri  linki vasitəsi ilə qeydiyyatdan keçməklə əldə edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan HR İnstitutu 28 Yanvar 2022-ci il tarixində "Baku International HR Forum" tədbiri uğurla təşkil etmişdir. 6 ölkədən 16 spiker və 300-dən çox iştirakçının qatıldığı forumda insan kapitalının inkişafı, gələcək innovasiyalar və idarəetmə panelləri üzrə peşəkar müzakirələr və qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır. Forumun baş sponsorları Kapital Bank, Azercell Telekom, sponsorları MKT Cotton şirkəti və Wellbeing Academy Türkiyə olmuşdur.

Biznes     Tarix: 19 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb. xəbər verir ki, bu barədə "Forbes" jurnalının yenilənmiş hesablamalarında bildirilir

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti


iqtisadi xeberler bitkoin qiymeti bank faizleri valyuta mezennesi iqtisadiyyat xeberleri