Azərbaycanda yetişdirilən fındıq və badam Çinə də ixrac olunacaq - Protokol layihəsi imzalanıb
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərləri ikitərəfli əlaqələrə yeni təkan verib, dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Çin Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir.
"Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Çinə səfər edib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Agentliyin Informasiya təminatı və innovativ həllər şöbəsindən Marja-ya verilən məlumata görə, məqsəd Azərbaycanın qida məhsullarının ixrac coğrafiyasının şaxələndirilməsidir.
İki ölkə arasında əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq dünya bazarında yüksək keyfiyyəti və zəngin dadı ilə seçilən, Azərbaycanda yetişdirilən fındıq və badam Çinə də ixrac olunacaq. Bununla əlaqədar AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında keçirilən görüşdə "Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair Protokol" layihəsi imzalanıb. Həmçinin tərəflər "İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi"ni imzalayıblar.
Görüşdə quş əti, akvakulturada yetişdirən və vəhşi təbiətdən əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı ilə bağlı məsələlər müzakirə olunub. Əldə olunmuş razılaşmalar Azərbaycan məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlar üçün geniş imkanlar açır.
Qeyd edək ki, AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov Şanxayda keçirilən "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində idxal və ixracda qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair konfransda iştirak edirlər.
/ marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?